4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya və İraq arasında strateji keçid məntəqəsi fəaliyyətini bərpa edib

Suriya Ümumi Sərhəd Keçid Məntəqələri və Gömrük İdarəsinin bəyanatına əsasən, Yarubiyə-Rabiə sərhəd-keçid məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Suriya tərəfindən Gömrük İdarəsinin rəhbəri Kuteybə Bədəvi, Prezident Administrasiyasının nümayəndəsi general Ziyad əl-Ayiş və digər rəsmi şəxslər, İraq tərəfindən isə Sərhəd Keçid Məntəqələri Qurumunun rəhbəri Ömər əl-Vailinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

20 Aprel 2026 18:35
Suriya və İraq arasında strateji keçid məntəqəsi fəaliyyətini bərpa edib

BAKI,VOA, Nailə Babazadə

Suriya Ümumi Sərhəd Keçid Məntəqələri və Gömrük İdarəsinin bəyanatına əsasən, Yarubiyə-Rabiə sərhəd-keçid məntəqəsinin rəsmi açılış mərasimi keçirilib.

VOA xəbər verir ki,tədbirdə Suriya tərəfindən Gömrük İdarəsinin rəhbəri Kuteybə Bədəvi, Prezident Administrasiyasının nümayəndəsi general Ziyad əl-Ayiş və digər rəsmi şəxslər, İraq tərəfindən isə Sərhəd Keçid Məntəqələri Qurumunun rəhbəri Ömər əl-Vailinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşlər zamanı tərəflər sərhəd qapılarında birgə fəaliyyətin gücləndirilməsi, keçidlərin asanlaşdırılması və ticarət dövriyyəsinin artırılması məsələlərini müzakirə ediblər. Mərasimdən dərhal sonra sərhəddən qarşılıqlı gediş-gəliş bərpa olunub. Sərhəd qapısının fəaliyyətə başlamasının regionda iqtisadi hərəkətliliyi artıracağı və humanitar əlaqələri gücləndirəcəyi gözlənilir.

Suriyanın Həsəkə vilayəti ilə İraqın Ninova vilayəti arasında yerləşən bu strateji məntəqə 2013-cü ildə İŞİD terror təşkilatının nəzarətinə keçmiş, daha sonra isə YPG tərəfindən ələ keçirilərək fəaliyyəti dayandırılmışdı. Sərhəd qapısı 29 yanvar 2026-cı ildə Suriya hökuməti ilə YPG arasında əldə olunmuş hərbi və inzibati inteqrasiya, həmçinin neft resurslarının və sərhəd məntəqələrinin təhvil verilməsini nəzərdə tutan saziş çərçivəsində rəsmi Dəməşqə təhvil verilib.

Bununla da Yarubiyə-Rabiə keçidi Deyrizordakı Əl-Bukemal-Əl-Qaim məntəqəsindən sonra Suriyanı İraqa bağlayan ikinci rəsmi dövlət sərhədi statusunu bərpa edib.

Məqalədə: #İŞİD #YPG #Suriya #İŞİD terror təşkilatı #PKK/YPG #Suriya xəbərləri #Suriya münaqişəsi #PKK/YPG və Suriya #Suriya siyasi həll #PKK və YPG hədəfləri #İŞİD və şiə qrupları #YPG və PKK Suriyada #Suriya İŞİD əməliyyatı #İŞİD-ə qarşı mübarizə

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.