Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Zəlimxan Yaqubun Ümummilli Liderə həsr etdiyi kitabın türkmən dilinə tərcüməsi tələbələrə təqdim edilib.
Türkmənistan və Çin XİN rəhbərləri Pekində görüş keçirdi
Van İ Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Çin xalqının köhnə dostu olduğunu vurğulayaraq, iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimadın və dostluğun strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. Dövlətimizin başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb. Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.
Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb
Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.
Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar
Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məscid inşa etmək təşəbbüsünə görə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar.
Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycana səfərə gəlib
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfərə gəlib.
Türkmənistan və Çin təhsil sahəsində əməkdaşlığı gücləndirəcək
Çinə rəsmi səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov adına Uşaqlara Yardım Fondunda müalicə işləri üzrə vitse-prezident Oqulcahan Atabayeva ilə Çin Xalq Respublikasının təhsil naziri Huay Szinpen arasında görüş keçirilib.
Türkmənistan və Özbəkistan arasında birbaşa aviareyslər açılacaq
Türkmənistan və Özbəkistan arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunub. Bu məqsədlə Türkmənistan “Türkmənhava yolları” Dövlət Xidmətinin rəhbəri Dövran Saburov ilə Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov arasında müvafiq sənəd imzalanıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan Xalq Məsləhətinin Qurbanqulu Berdiməhəmmədovla görüşüb
“Avaza” milli turizm zonasında Türkmən Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Mirziyoyevin Türkmənistana səfəri Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli üçtərəfli görüşündə iştirak çərçivəsində baş tutub.
Üç ölkənin qardaş xalqları gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq - Qurbanqulu Berdiməhəmmədov
Siz də qeyd etdiyiniz kimi, biz – eyni regionda yerləşən üç ölkənin qardaş xalqları gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq, o cümlədən mədəniyyət sahəsində.