7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkmənistan
Türkmənistan

Türkmənistan və Çin XİN rəhbərləri Pekində görüş keçirdi

Van İ Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Çin xalqının köhnə dostu olduğunu vurğulayaraq, iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimadın və dostluğun strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.

18 Mart 2026 16:48
Türkmənistan və Çin XİN rəhbərləri Pekində görüş keçirdi

BAKI,VOA, Fərid Mikayılov

Çinin xarici işlər naziri Van İ Pekində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüş keçirib.

VOA xəbər verir ki, görüş Türkmənistan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində baş tutub.

Məlumata görə, Van İ Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Çin xalqının köhnə dostu olduğunu vurğulayaraq, iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimadın və dostluğun strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.

Görüş zamanı tərəflər Çin və Türkmənistanın etibarlı tərəfdaş olduqlarını qeyd edərək, qarşılıqlı dəstəyin davam etdirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində hazır olduqlarını ifadə ediblər.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov isə Çində keçirilən “iki sessiya” toplantılarının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb və göstərilən qəbula görə təşəkkür edib. O, Türkmənistanın Çin lideri Si Cinpinin irəli sürdüyü qlobal təşəbbüsləri dəstəklədiyini və “Çin–Mərkəzi Asiya” III sammitinə hazırlıqda iştirak etməyə hazır olduğunu qeyd edib.

Tərəflər həmçinin İran ətrafındakı vəziyyət və digər beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Məqalədə: #Türkmənistan #Rəşid Meredov #Çin #Si Cinpin #Qurbanqulu Berdiməhəmmədov #Pekin #Van İ

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.