Rusiyanın hücumlarına Aİ-dən sərt cavab - 19-cu sanksiya paketi
Aİ, Ukraynanın 2025-ci ilin martından etibarən qeyd-şərtsiz atəşkəsə sadiq qaldığını, lakin Rusiyanın hücumları gücləndirdiyini iddia edib. “Rusiya ölümlərə son qoymalı və sülh iradəsi göstərməlidir,” – deyə bəyanatda vurğulanıb. Aİ, Ukraynaya dəstəyini davam etdirəcəyini və 19-cu sanksiyalar paketi ilə Rusiyaya təzyiqi artıracağını açıqlayıb. Bu sanksiyaların hazırlanmasında ABŞ ilə əməkdaşlıq xüsusi olaraq qeyd olunub.
Ukrayna Rusiya və digər ölkələrə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna Prezidenti Zelenskinin fərmanı ilə Rusiya, Çin, İran və BƏƏ şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib. Sanksiyalar Aİ ilə uyğunlaşdırılıb və kölgə donanması, nadir metallar, kriptovalyuta əməliyyatları kimi sahələri əhatə edir.