Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir
Yəmən hökuməti nəzarətində olan ərazilərdəki hava limanlarının fəaliyyətinin hərtərəfli qiymətləndirilməsinə başlayıb.Bu barədə VOA məlumat verir ki,qiymətləndirmə hava limanlarının texniki və inzibati vəziyyətini əhatə edir. Proses çərçivəsində mövcud ehtiyacların və problemlərin müəyyənləşdirilməsi, həmçinin onların həlli üçün təkliflərin hazırlanması nəzərdə tutulur.
Husilər ölkənin qərb sahilinə silsilə hücumlar həyata keçirib - Yəmən
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri husilərin qərb sahilə qarşı silsilə hücumlar həyata keçirdiyini açıqlayıb. Məlumata görə, hücumlar zamanı 10 raket və 4 pilotsuz uçuş aparatı istifadə olunub. Yəmən qüvvələri pilotsuz uçuş aparatlarından birini vurduqlarını bildirib. Ordu yeni hücum ehtimalına qarşı hazırlıq vəziyyətində olduğunu açıqlayıb. Ölkənin qərb sahili strateji əhəmiyyətli bölgələrdən biri hesab olunur. Yəməndə qarşıdurma tərəfləri arasında gərginlik davam edir.
Yəmən Silahlı Qüvvələri husilərə qarşı bir neçə istiqamətdə hücuma keçib
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı Silahlı Qüvvələr husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb. Hücumların bir neçə cəbhə və istiqamətdə həyata keçirildiyi bildirilir. Əməliyyatlar hökumət qüvvələri ilə husilər arasındakı təmas xəttini də əhatə edir. Yəmən Silahlı Qüvvələri husilərin mövqelərinin və hərbi imkanlarının hədəfə alındığını bildirib. Hökumət qüvvələri əməliyyatların mülki əhalinin qorunması məqsədi daşıdığını açıqlayıb. Hücumların konkret olaraq hansı bölgələrdə həyata keçirildiyi barədə məlumat verilməyib. Tərəflərin mümkün itkiləri ilə bağlı da açıqlama yoxdur. Əməliyyatların nə qədər davam edəcəyi hələlik məlum deyil.
Yəməndə ilk qadın xarici işlər naziri kim oldu?
Yəməndə hökumətdə aparılan dəyişikliklər çərçivəsində ölkə tarixində ilk dəfə qadın xarici işlər naziri vəzifəsinə təyinat həyata keçirilib. Yəmənin rəsmi SABA xəbər agentliyinin yaydığı məlumata görə, Prezident fərmanı ilə Baş nazir Şai Möhsin əz-Zindaninin rəhbərlik etdiyi hökumətin tərkibində dəyişiklik edilib. Fərmana əsasən, Əfrah Əbdüləziz əz-Zubə Yəmənin tarixində ilk qadın xarici işlər naziri təyin olunub.
Yəmən hökuməti İran və husiləri hava məkanını pozmaqda ittiham edib
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti İran və husiləri ölkənin hava məkanını pozmaqda ittiham edib. Müdafiə naziri Tahir əl-Aqili belə addımlara cavab veriləcəyini bildirib. Prezident Rəhbərlik Şurası Yəmənin suverenliyinin dəfələrlə pozulduğunu açıqlayıb. Hökumət husilərin İran reysini hüquqi çərçivələrdən kənar qəbul etdiyini iddia edib. Rəsmi Səna bu addımı dövlət institutlarına qarşı hörmətsizlik kimi qiymətləndirib. Şuranın sədri Rəşad Məhəmməd əl-Əlimi husiləri eskalasiyaya görə məsul tutub. Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma 2015-ci ildən davam edir.
Yəmən Tel-Əvivə raket zərbələri endirib
Yəmən silahlı qüvvələri İsrailin Tel-Əviv şəhərində yerləşən bir neçə strateji obyektə hərbi əməliyyat həyata keçirib. Səriə bildirib ki, bu hücum İsrailin Qəzzadakı “soyqırım xarakterli” əməliyyatlarına və Yəmənə endirilən zərbələrə cavab olaraq icra olunub. Onun sözlərinə görə, əməliyyat uğurla başa çatıb və milyonlarla israilli sığınacaqlara üz tutmağa məcbur olub.
Yəmən ordusu Tel-Əvivi ballistik raketlə vurdu
Yəmən ordusunun sözçüsü Yəhya Sari şənbə günü verdiyi açıqlamada “Fələstin-2” ballistik raketi ilə Tel-Əvivdəki həssas hədəflərə zərbə endirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyat Fələstin xalqına dəstək məqsədilə, Qəzzaya qarşı soyqırımı və blokadaya cavab olaraq həyata keçirilib.
İran husilərə kimyəvi silah istehsalında kömək edir - Yəmən rəsmisi
Yəmən hökuməti bu gün İranı husilərin nəzarətində olan bölgələrə dəfələrlə zəhərli qazlar və kimyəvi silah istehsalında istifadə olunan maddələri qaçaqmalçılıq yolu ilə göndərməkdə ittiham edib. Hökumətin açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mütəxəssisləri Yəməndə beynəlxalq miqyasda qadağan olunmuş bu silahların istehsalına yönəlmiş zavodun yaradılmasına birbaşa nəzarət edirlər. Yəmən informasiya naziri Muammar əl-İryani bildirib ki, etibarlı mənbələr husilərin artıq həmin ölümcül maddələri hazırlamağa və onları ballistik raketlərə, həmçinin pilotsuz uçuş aparatlarına yerləşdirməyə başladığını təsdiqləyib. Nazir vurğulayıb ki, beynəlxalq hüquqla qadağan olunmuş silahların husilərin arsenalına daxil edilməsi yalnız ballistik raketlər və dronlarla məhdudlaşmır, bu, həm bölgə, həm də dünya üçün mülki insanların həyatını təhdid edən “fəlakətli ssenarilər” yaradır.