Tarixdə bu gün – 7 Sentyabr
7 Sentyabr tarixi dünya tarixində bir sıra önəmli hadisələrlə yadda qalıb. Aşağıda bu gün baş vermiş əsas hadisələrin xronoloji xülasəsini təqdim edirik:
Sultan Suleyman Qanuniyə Qarşı Üsyan Necə Başladı
1525-ci ildə İstanbulda yeniçərilər yenidən üsyan edərək şəhərin böyük bir hissəsini talan etdilər. O dövrdə vəzirlik pillələrini sürətlə qalxan Veziriazam Makbul İbrahim Paşa, 1524-cü ildə Misirdə üsyan edən Hain Əhməd Paşanı yatırmaq üçün səfərə çıxmışdı. Bunu fürsət bilən onun əleyhdarları yeniçəriləri qızışdıraraq üsyana təhrik etdilər.
Bu gün qanuni Sultan Süleyman vəfat etdi
Osmanlı imperatorluğunun ən qüdrətli hökmdarlarından biri olan Qanuni Sultan Süleyman 1566-cı ildə, Avstriya üzərinə çıxdığı sonuncu hərbi yürüş zamanı dünyasını dəyişib.