6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

Sultan Suleyman Qanuniyə Qarşı Üsyan Necə Başladı

1525-ci ildə İstanbulda yeniçərilər yenidən üsyan edərək şəhərin böyük bir hissəsini talan etdilər. O dövrdə vəzirlik pillələrini sürətlə qalxan Veziriazam Makbul İbrahim Paşa, 1524-cü ildə Misirdə üsyan edən Hain Əhməd Paşanı yatırmaq üçün səfərə çıxmışdı. Bunu fürsət bilən onun əleyhdarları yeniçəriləri qızışdıraraq üsyana təhrik etdilər.

20 May 2026 15:56
Sultan Suleyman Qanuniyə Qarşı Üsyan Necə Başladı

BAKI,VOA

1525-ci ildə İstanbulda yeniçərilər yenidən üsyan edərək şəhərin böyük bir hissəsini talan etdilər. O dövrdə vəzirlik pillələrini sürətlə qalxan Veziriazam Makbul İbrahim Paşa, 1524-cü ildə Misirdə üsyan edən Hain Əhməd Paşanı yatırmaq üçün səfərə çıxmışdı. Bunu fürsət bilən onun əleyhdarları yeniçəriləri qızışdıraraq üsyana təhrik etdilər.

Osmanlı Sultanı Süleyman Qanuni o zaman Edirnədən yeni dönmüş və Kağıthanədə idi. Padşahın yoxluğundan istifadə edən yeniçərilər 16 may 1525-ci ildə üsyana qalxdılar.

İlk hədəfləri:

Veziriazam İbrahim Paşanın sarayı
Vezir Ayas Paşanın iqamətgahı
Defterdar Abdüssəlamın evi
Gömrük məntəqələri, dükanlar və xalqın evləri

Yeniçərilər şəhəri talan etdilər, lakin ertəsi gün üsyanı ört-basdır etməyə çalışaraq Ağa qapısına (yeniçərilərin idarə mərkəzinə) gələrək belə dedilər:
"Bizim bu fitnə və üsyandan xəbərimiz yoxdur, biz buna razı deyilik. Araşdırın və günahkarları tapın!"

İstanbulda baş verənləri eşidən Qanuni Sultan Süleyman dərhal Kağıthanədən dəniz yolu ilə şəhərə qayıtdı.

İlk işi geniş istintaq aparmaq oldu. Sürətlə araşdırma aparıldı və yeniçəriləri üsyana qaldırdığı sübut edilən Yeniçəri Ağası Mustafa Ağa dərhal edam edildi!

Mustafa Paşanın kethüdası Bali və Reisülküttab (Baş katib) Haydar üsyana qarışdıqları üçün həbs olundular və bir müddət sonra edam edildilər.

Qanuni Sultan Süleymanın sürətli və sərt müdaxiləsi nəticəsində üsyan genişlənmədən yatırıldı. Bununla Osmanlı dövlətində yenə də Sultan hakimiyyətinin sarsılmaz olduğu bir daha göstərildi!

Məqalədə: #Osmanlı dövləti tarixi #İslam tarixi #antik tarix #Osmanlı ordusunda üsyanlar #Qanuni Sultan Süleyman #Yeniçərilərin seçimi: Cem Sultan yox #Yeniçərilərin narazılığı Osmanlı siyasətini necə dəyişdi? #Hain Əhməd Paşa #Veziriazam Makbul İbrahim Paşa #1525 yeniçəri üsyanı #Yeniçəri Ağası Mustafa Ağa #Misir üsyanının yatırılması #Vezir Ayas Paşanın iqamətgahı #Defterdar Abdüssəlamın evi #Reisülküttab Haydarın edamı #Osmanlıda mərkəzi idarəçilik böhranı #Yeniçərilər

Mövzu üzrə digər xəbərlər

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

12:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri

08:39
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?

5 Sentyabr 14:06
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

4 Sentyabr 16:17

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.