Çin ordusu Filippinə Cənubi Çin dənizində təxribat etməməsi barədə xəbərdarlıq edib
Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində “rutin patrul” həyata keçirib və Filippini hər hansı təxribatdan çəkinməyə çağırıb. Bu barədə ordunun Cənub Əməliyyat Komandanlığının sözçüsü bildirib. O vurğulayıb ki, Filippin dərhal insidentlər törətməyi və bölgədə gərginliyi artırmağı dayandırmalıdır. O əlavə edib ki, Çin qüvvələri bu ərazidə ölkənin suverenliyini qorumaqda davam edəcək.