C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb - Türkiyə MN
Milli Müdafiə Nazirliyi açıqlayıb ki, C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədində düşməsindən sonra inventarda olan digər C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb. Azərbaycanın Qarabağ zəfərinin 5-ci ildönümü münasibətilə orada olan birliyi daşıyan C-130 tipli hərbi yük təyyarəsi Türkiyəyə qayıtmaq üçün havalandıqdan qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Signagi bölgəsində düşüb və nəticədə 20 türk əsgəri şəhid olub.
Gürcüstanın və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri arasında əməkdaşlıq münasibətləri müzakirə edilib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze ilə Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev arasında görüş keçirilib.
Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 21-də Gürcüstana işgüzar səfərə gəlib. Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və digər rəsmi şəxslər qarşılayıblar.