İsrailli nazir Qərb Sahildə fələstinlilərin köçünü təşviq etməyə çağırıb
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç, ölkədə keçiriləcək seçkilər ərəfəsində növbəti hökumətə işğal altındakı Qərb Sahildə “köçü təşviq etmək” adı altında fələstinlilərə qarşı etnik təmizləmə siyasəti aparmaq çağırışı edib. İsrail mətbuatının yaydığı məlumata görə, Smotriç rəhbərlik etdiyi “Dini Sionizm” partiyasının təşkil etdiyi konfransda çıxış edərək Qərb Sahilin İsrailə ilhaqı məsələsinə toxunub.
İsrail Qərb sahilində genişmiqyaslı reydlərə başlayıb
İsrail Ordusu çərşənbə günü işğal altında olan İordan çayının qərb sahilinin şimalında Fələstin silahlı qruplarına qarşı yeni hərbi əməliyyata başlayıb. Bu barədə yerli rəsmilər və İsrail ordusu məlumat yayıb.