Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır
Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə və Qətər cümə günü yaydıqları birgə bəyanatda İsrail rəsmilərinin Rəfah sərhəd-keçid məntəqəsinin birtərəfli qaydada açılması və Qəza sakinlərinin Misirə yönləndirilməsi barədə açıqlamalarından dərin narahatlıq duyduqlarını bildiriblər.
Dohada ərəb və islam ölkələrinin birgə iclası keçirilir
Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub. İclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.
İran Ərəb Liqasının iddialarını rədd edib
İran Xarici İşlər Nazirliyi Ərəb Liqasının xarici işlər nazirlərinin yekun bəyanatında yer alan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı irəli sürülən iddiaları rədd edərək, onların “əsassız və yalan” olduğunu bəyan edib. İran, Ərəb Liqasının İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı pisləməsini alqışlayaraq, təşkilatı İslam-Ərəb həmrəyliyini möhkəmləndirməyə və diqqəti əsas məsələdən – İsrailin regiondakı işğal və cinayətlərindən yayındıracaq addımlardan çəkinməyə çağırıb.
Qəzzada Yeni Atəşkəs Təklifi İrəli Sürülüb
Qəzzada davam edən müharibə fonunda atəşkəs danışıqları yenidən gündəmə gəlib. Qətər, HƏMAS-ın Ərəb ölkələrinin təqdim etdiyi təklifə “olumlu cavab” verdiyini açıqlayaraq atəşkəsin təcili şəkildə təmin olunmasının vacibliyini vurğulayıb.
17 ərəb ölkəsi silahları təhvil verməsi üçün HƏMAS-a çağırış edib
AzerVoice xəbər verir ki, BMT-nin himayəsi altında keçirilən beynəlxalq konfransdan sonra Qətər, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələr daxil olmaqla 17 ərəb dövləti birgə bəyannamə imzalayıb.
Dürzi lider Hikmət əl-Hicri Süveyda atəşkəsini rədd etdi
Suriyanın Süveyda vilayətində Dürzi silahlı qrupları ilə ərəb tayfaları arasında baş verən silahlı toqquşmalar fonunda əldə olunan atəşkəs razılaşması mübahisəli hal alıb.
Ərəb ölkələri Suriya hücumlarına qarşı İsrailə sərt reaksiya verib
İsrailin Suriyanın paytaxtı Dəməşqə və digər bölgələrə həyata keçirdiyi son hava hücumları geniş beynəlxalq qınağa səbəb olub.
Misir və ərəb ölkələri Qəzzada atəşkəs üçün səyləri birləşdirir
Misirin xarici işlər naziri Bədr Əbdüləti Qətər, İordaniya, Bəhreyn, Əlcəzair, Oman və Küveytin xarici işlər nazirləri ilə telefon danışığı apararaq Qəzza zolağında atəşkəsə dair mövcud vəziyyəti və koordinasiyalı addımları müzakirə edib.
İsrail ərəb ölkələri ilə münasibətlərini normallaşdırmalıdır - Hersoq
İsrail son hərbi uğurlardan sonra ərəb ölkələri ilə münasibətlərini normallaşdırmalıdır.
ABŞ-ın Təl-Əvivdəki səfirindən Fransa və Avropaya sərt reaksiya
ABŞ-ın İsraildəki səfiri Mike Huckabee Fələstin-İsrail münaqişəsində iki dövlətli həll modelinə qarşı çıxaraq, ərəb və müsəlman ölkələrinə “Fələstin dövlətini öz torpaqlarınızda qurun” çağırışı ilə gündəmə gəlib.