İtaliya Aİ ilə ABŞ arasında qarşıdurmaya qarşı çıxdı
İtaliya Avropa İttifaqı ilə ABŞ arasında mümkün ticarət qarşıdurmasının dərinləşməsinə qarşı mövqe sərgiləyib. İtaliyanın müdafiə naziri Quido Krozetto ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda Avropa İttifaqında müzakirə olunan cavab ticarət tədbirlərini tənqid edib. O bildirib ki, ABŞ-a qarşı əks rüsumların tətbiqi mümkün olan ən pis cavab variantı olardı.