İran parlamentinin sədri: ABŞ “Yeni müharibə mərhələsi” axtarır
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkə ABŞ tərəfindən yeni müharibəyə sürüklənməyə çalışılır, lakin İran silahlı qüvvələri atəşkəs dövründə güclərini bərpa edib. Qalibaf qeyd edib ki, iranlılar əmin olmalıdırlar ki, ölkənin silahlı qüvvələri atəşkəs dövründən istifadə edərək güclərini yenidən bərpa ediblər.
Milli Məclisdə Xocalı qurbanları anılıb
44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələr və soyqırımı cinayətlərinə son qoyulub. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib
29 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” adlı beynəlxalq parlament konfransında çıxış edib.
Şimali Makedoniyada bələdiyyə seçkiləri keçiriləcək
Şimali Makedoniyada oktyabrın 19-da bələdiyyə seçkiləri keçiriləcək. Bununla bağlı Şimali Makedoniya Parlamentinin sədri Afrim Qaşi qərar imzalayıb.
Suriyada parlament seçkiləri keçiriləcək
Suriyada ötən ilin dekabr ayında Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkilərinin keçirilməsi üçün tarix dəqiqləşməyə başlayıb. Bu barədə Suriya Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd məlumat verib.
Netanyahu Knessetdəki komitə sədrini vəzifəsindən azad etdi
İsraildə Ultra-Ortodoks yəhudilərin (Haredilərin) hərbi xidmətə cəlb olunmaması məsələsində israr edən baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyasının deputatı Yuli Edelşteyn parlamentdəki komitə sədri vəzifəsindən uzaqlaşdırılıb.
Knessetdə İordan çayının qərb sahilinin ilxaqı ilə bağlı qərar qəbul edib
İsrail parlamentində (Knesset) keçirilən səsvermədə 120 deputatdan 71-i İsrailin işğalı altında olan İordan çayının Qərb Sahilinin ilhaqına dair hökumətə çağırış edən qərarı qəbul edib.
NATO PA Sədrlər Zirvəsi Belçikada başlayıb
Belçikanın paytaxtı Brüsseldə NATO Parlament Assambleyasının təşkilatçılığı ilə NATO Parlament Sədrlərinin Sammiti öz işinə başlayıb.