Pentaqon ABŞ ordusunda intihar halları barədə hesabat yayıb
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) son hesabatına görə, 2011-2024-cü illər ərzində aktiv xidmətdə olan hərbçilər arasında intihar göstəriciləri tədricən artsa da, 2024-cü ildə bu rəqəmlərdə müəyyən azalma müşahidə olunub. Hesabatda qeyd olunur ki, 2024-cü ildə ABŞ ordusunda 471 intihar halı qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 11% azdır.