İsrail ordusunda görünməmiş hadisə - 100 hərbçi niyə bazanı tərk etdi?
İsrail ordusunda qeyri-adi insident baş verib. Yerli KİV-lərin məlumatına görə, təxminən 100 hərbçi və zabit komandirlə yaşanan mübahisədən sonra ölkənin cənubundakı "Sde Teyman" hərbi bazasını icazəsiz tərk edib. İsrailin Yisrael Hayom qəzetinin yaydığı məlumata əsasən, hadisə "Qivati" briqadasının "Tsabar" batalyonunda baş verib. Hərbçilərin bazanı tərk edərkən silahlarını orada qoyduqları bildirilir.
İsrail ordusunun İordan çayının qərb sahilində əməliyyatı: 2 yaralı, 17 nəfər saxlanılıb
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Əqqabə qəsəbəsində həyata keçirdiyi reyd nəticəsində 2 nəfər yaralanıb, 17 nəfər isə saxlanılıb. Fələstin Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən məlumata görə, yaralanan şəxslər İsrail əsgərləri tərəfindən döyülərək zərər çəkiblər və onlara tibbi yardım göstərilib.
Məşhəddə dəmir yolu hərəkəti dayandırıldı: İsraildən İran mülkilərinə "qatar xəbərdarlığı"
İranın ikinci ən böyük şəhəri olan Məşhəddə bütün qatar səfərləri qeyri-müəyyən müddətə təxirə salınıb.Hərəkətin dayandırılması İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial media vasitəsilə İran vətəndaşlarına etdiyi çağırışla birbaşa əlaqələndirilir. İsrail tərəfi fars dilində yaydığı bəyanatda iranlıları dəmir yolu infrastrukturundan uzaq durmağa çağırıb: