İran ABŞ ilə əməkdaşlıq edən ölkələrə ultimatum verdi
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi ABŞ ilə əməkdaşlıq edən region ölkələrinə sərt xəbərdarlıq edib. İranlı general region ölkələrini ABŞ ilə əməkdaşlığa yenidən baxmağa çağıraraq bildirib ki, Vaşinqtonun tərəfini tutan və ona müdafiə qalxanı olan istənilən dövlət müharibənin nəticələri ilə üzləşəcək
İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub
İran raketlərinin ABŞ qüvvələrinin Qərbi Asiyadakı əsas logistika və əməliyyat mərkəzlərindən biri hesab olunan İordaniyanın Muvaffaq Salti aviabazasını vurduğu iddia olunur. Hücum fonunda Küveytdə üçüncü dəfə hava həyəcanı siqnalları verilib, Bəhreyn Daxili İşlər Nazirliyi isə sakinlərə təhlükəsiz yerlərə sığınmaları barədə növbəti dəfə çağırış edib.
ABŞ-nin hücumları memorandumun əsas müddəalarını etibarsız edib - İran XİN
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın cənub sahillərində yerləşən bəzi müşahidə məntəqələrinə endirdiyi zərbələrin tərəflər arasında əldə olunmuş memorandumun əsas müddəalarını pozduğunu bəyan edib. İran XİN vurğulayıb ki, bölgədə gərginliyin yenidən artmasının nəticələrinə görə məsuliyyət ABŞ-nin üzərinə düşür.
İran müharibəsinin 90-cı günündə ABŞ yeni zərbələr endirdi - Yaxın Şərqdə vəziyyət necədir?
İran və ABŞ arasındakı gərginlik 90-cı müharibə günündə də davam edib. ABŞ Bandar Abbas limanı yaxınlığında hərbi zərbələr həyata keçirib, İran isə partlayışların insan və maddi ziyana səbəb olmadığını bildirib. Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini tələb edib, Hörmüz boğazı strateji təhlükəsizlik nöqtəsi kimi qalır. Livan və Qəzza sektorunda isə İsrail və Hizbullah arasında yeni toqquşmalar qeydə alınıb.
ABŞ-İran müharibəsi fonunda “Dördtərəfli Təhlükəsizlik Dialoqu”nun gündəmində nə var?
ABŞ, Yaponiya, Avstraliya və Hindistanın yüksək səviyyəli diplomatları çərşənbə axşamı Hindistanın paytaxtı Yeni Dehlidə “Dördtərəfli Təhlükəsizlik Dialoqu” çərçivəsində bir araya gəliblər. Görüşdə ABŞ dövlət katibi Marko Rubio, Avstraliyanın xarici işlər naziri Penni Vonq, Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar iştirak edirlər.
ABŞ-ın İrana qarşı siyasətinin ağır bədəlini amerikalılar ödəyəcək - Əraqçi
Abbas Əraqçi ABŞ-ın İrana qarşı siyasətinin Amerika xalqı üçün ciddi iqtisadi nəticələr yaratdığını bildirib. , İran xarici işlər naziri sosial şəbəkədə paylaşdığı açıqlamada Vaşinqton administrasiyasının İrana qarşı apardığı siyasətin ABŞ iqtisadiyyatına təsirlərinə diqqət çəkib.
Hörmüz boğazı yenidən açılmalıdır - Hakan Fidan
Hakan Fidan Qətərin xarici işlər naziri Məhammed bin Əbdulrəhman Al Tani ilə keçirdiyi birgə mətbuat konfransında İsrailin yayılma siyasətinin region üçün əsas təhlükəsizlik və sabitlik problemi olaraq qaldığını bildirib. Məlumata görə, Türkiyə XİN rəhbəri Körfəz bölgəsində yaşanan gərginliyin Qəzza məsələsini gündəmdən çıxarmamalı olduğunu vurğulayıb.
Tehran Vaşinqtonun planına “yox” dedi
İran dövlət televiziyası bildirib ki, ABŞ-ın irəli sürdüyü təklif Tehran tərəfindən qəbul edilməyib. Tehran Vaşinqtona təqdim etdiyi cavabda müharibə təzminatının ödənilməsini, eləcə də Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınmasını tələb edib. Bununla yanaşı, İran tərəfi sanksiyaların ləğvi və dondurulmuş aktivlərin azad olunmasının da vacib şərt olduğunu bildirib.
Vaşinqton atəşkəs təklifinə cavab gözləyir
ABŞ və İran arasında gərginliyin artdığı, eyni zamanda Hörmüz Boğazı ətrafında qarşıdurmaların davam etdiyi bir dövrdə Vaşinqton Tehranın atəşkəs təklifinə verəcəyi cavabı gözləyir. Onun sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə Tehran-a təqdim edilən memorandum daha geniş və davamlı sülh danışıqlarına yol aça bilər.
İran müharibəsindən sonra dünya nüvə silahlarının daha geniş yayılmasının şahidi olacaqmı?
Donald Trampın ABŞ və İsrailin İrana qarşı müharibəsi üçün gətirdiyi çoxsaylı əsaslandırmalar arasında Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədi dayanırdı. Pakistanın himayəsi ilə keçirilən danışıqlar İslam Respublikasının öz nüvə proqramına dair müəyyən məhdudiyyətlərlə razılaşmasına səbəb olsa da, nüvə tərksilahına dair uzunmüddətli öhdəlik hələ də uzaq görünür. Əksinə, İran rəhbərliyi belə bir qənaətə gəlib ki, nüvə silahına sahib olmaq rəqiblərini gələcək hücumlardan çəkindirəcək və bu, onları nüvə bombası əldə etməyə sövq edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossinin aprelin ortalarında "The Economist" jurnalına verdiyi müsahibədə nüvə silahlarının yayılmasından ciddi narahatlıq keçirdiyini bildirməsinin səbəblərindən biri də budur. Nəticə etibarilə, əgər İran nüvə silahı əldə etməyə can atarsa, onun Yaxın Şərqdəki qonşuları da eyni yolu izləyə bilər.
İranda Xameneinin açıqlaması dəstəkləndi: Hörmüz boğazı mesajı
İranda ali dini lideri Müctəba Xamenei ABŞ və region ölkələrinə ünvanladığı bəyanatda İranın Hörmüz boğazında təhlükəsizliyi təmin edəcəyini və “xarici müdaxilələrin qarşısını alacağını” bildirib. Bildirilib ki, İran yaxın zamanda dəniz hərbi imkanlarını gücləndirməyi və yeni silah sistemlərini nümayiş etdirməyi planlaşdırır.
İranda müharibə başlayandan bəri 21 nəfər edam edilib - BMT
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Yaxın Şərqdə müharibə başlayandan sonra İranda azı 21 nəfər edam edilib, 4 mindən çox insan isə saxlanılıb. Məlumata görə, edam edilən şəxslərdən bəziləri 2026-cı ilin yanvar ayında baş vermiş etiraz aksiyaları ilə əlaqəli, digərləri isə müxalif qruplara üzvlük və casusluq ittihamları ilə cəzalandırılıb.