ABŞ İran rəhbərliyi qarşısında zəif görünür - Merts
Almaniya kansleri beynəlxalq gərginlik fonunda ABŞ-ın mövqeyinə dair tənqidi açıqlama verib. Merts qeyd edib ki, İranın gözləniləndən daha güclü olduğu və ABŞ tərəfinin danışıqlarda inandırıcı yanaşma ortaya qoya bilmədiyi müşahidə olunur. O vurğulayıb ki, bu tip münaqişələrə daxil olmaq qədər, onlardan çıxış yolu tapmaq da mühüm məsələdir.
ABŞ-dan İspaniyaya ultimatum? NATO-da qalmaq təhlükədə
ABŞ müdafiə strukturları İranla bağlı vəziyyətdə dəstək verməyən bəzi NATO ölkələrinə qarşı tədbirlər paketini nəzərdən keçirir. Məlumata görə, Pentaqon tərəfindən müzakirə edilən variantlar arasında İspaniyanın NATO çərçivəsində iştirakının müvəqqəti dayandırılması və “problemli” hesab edilən ölkələrin alyans daxilində mühüm vəzifələrə çıxışının məhdudlaşdırılması yer alır.
Saziş imzalamasalar, İranı tamamilə məhv edəcəyik - Tramp
ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə rəsmi Tehrana qarşı ən sərt hədələrindən birini səsləndirib. Tramp bildirib ki, əgər İran tərəfi təklif olunan sazişi imzalamasa, ölkə tamamilə məhv ediləcək.
Fransa və Böyük Britaniya Hörmüz boğazı üzrə beynəlxalq müzakirə keçirəcək
Fransa və Böyük Britaniya cümə günü Hürmüz boğazında təhlükəsizliyin təmin olunmasına həsr ediləcək videokonfransa ev sahibliyi edəcək. Müzakirələrdə beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və gələcəkdə boğazda sərbəst hərəkətin bərpası məsələləri diqqət mərkəzində olacaq.
Niyə İran Hörmüz boğazını əvvəllər bağlamırdı?
Hörmüz boğazının İran tərəfindən "selektiv" şəkildə bağlanması qlobal iqtisadiyyatda, xüsusilə enerji, qida və texnologiya sektorlarında zəncirvari reaksiya yaradıb. Bu strateji gediş İranın əlindəki ən güclü "geosiyasi silah"a çevrilib.
Aİ Ukrayna üzrə strategiyasını yenidən nəzərdən keçirir
Avropa İttifaqı ABŞ-İran müharibəsi fonunda Ukrayna ilə bağlı strategiyasını yenidən qiymətləndirir. Qeyd olunur ki, Avropa ölkələri Ukraynada korrupsiyaya qarşı mübarizə institutlarının əsas dəstəkçilərindən biri olaraq qalır və bu istiqamətdəki siyasət dəyişiklikləri daxili siyasi balanslara da təsir göstərə bilər.
Pakistan Baş nazirinin atəşkəs paylaşımı sosial mediada qalmaqala səbəb olub
Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ və İran arasında atəşkəs elan etdiyi paylaşımında "Layihə/Qaralama" (Draft) ifadəsinin unudulması beynəlxalq platformalarda geniş müzakirələrə yol açıb.
ABŞ və İran atəşkəs elan etdi – Pakistan ilk birbaşa görüşə ev sahibliyi edir
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların dayandırıldığını və tərəflər arasında iki həftəlik atəşkəs elan edildiyini bəyan edib. VOA xəbər verir ki, bu qərar, Trampın İrana verdiyi ultimatuumun bitməsinə dəqiqələr qalmış Pakistanın vasitəçiliyi ilə əldə olunub.