Çelsi Kənan Yıldızı heyətinə qatmaq üçün 90 milyon avro təklif etməyə hazırlaşır
Çelsi klubu bu mövsüm Yuventusda parlaq çıxışı ilə diqqət çəkən Türkiyə millisinin gənc hücumçusu Kənan Yıldızı transfer etmək üçün ciddi səylər göstərir. London təmsilçisinin transferi reallaşdırmaq məqsədilə 90 milyon avroluq təklif üzərində işlədiyi bildirilir. TEAMtalk-ın məlumatına görə, Çelsi bu keçid üçün ardıcıl şəkildə fəaliyyət göstərir – klub nümayəndələri Yuventusun oyunlarını izləyir, futbolçunun menecerləri ilə danışıqlar aparır və “çox həyəcanverici bir təklif” kimi qiymətləndirilən təklif hazırlayır.
Mançester Yunayted və Çelsi arasında transfer savaşı - Kənan Yıldız üçün 90 milyon avroluq təklif
İngiltərənin Mançester Yunayted klubu Yuventusun türk ulduzu Kənan Yıldızı 2026-cı ilin yay transfer pəncərəsində əsas hədəf kimi müəyyən edib. Çelsi və Arsenal da Yıldızla maraqlanır, lakin Yuventus gənc istedadını komandada saxlamaqda israrlıdır.
Arsenal Kənan Yıldız üçün 60 milyon avro və Trossard təklifi irəli sürür
Arsenal, Yuventusun yüksələn ulduzu Kənan Yıldızı heyətinə qatmaq üçün böyük addım atmağa hazırlaşır. İtaliya mətbuatının yazdığına görə, Arsenalın baş məşqçisi Mikel Arteta və transfer komitəsi Yıldızı komandaya qatmaqda israrlıdır. Lakin Yuventus futbolçunu 80-100 milyon avro civarında dəyərləndirir və gənc oyunçunu itirmək istəmir. Klub artıq onu 2030-cu ilə qədər uzunmüddətli müqavilə ilə saxlamaq üçün danışıqlara başlayıb.
Arsenalın hədəfində türk əsilli ulduz – qiymət ən azı 80 milyon avro
Arsenal, İtaliya A Seriyasının yüksələn ulduzlarından Kənan Yıldızın transferi üçün hərəkətə keçib. İngiltərə klubu türk əsilli futbolçu ilə bağlı ilkin təmasları qurub, lakin Yuventus oyunçusunu satmaq fikrində deyil. İtaliya mətbuatının məlumatına görə, Arsenal rəhbərliyi 20 yaşlı hücumçunun menecerləri ilə əlaqə yaradıb.
Tottenhem Randal Kolo Muanini icarəyə götürüb
İngiltərə Premyer Liqa təmsilçisi Tottenhem gözlənilməz transfer addımı ataraq PSJ-nin hücumçusu Randal Kolo Muanini icarəyə götürmək üçün razılıq əldə edib. Müqavilədə fransalı futbolçunun mövsüm sonunda satın alınması üçün opsion da nəzərdə tutulub.
PSJ və Yuventus Randal Kolo Muaninin transferi üçün prinsipial razılığa gəlib
Paris Saint-Germain və İtaliyanın Yuventus klubu fransalı hücumçu Randal Kolo Muaninin transferi ilə bağlı prinsipial razılıq əldə ediblər. Fransalı jurnalist Mark Meşenua yazır ki, transferin maliyyə detalları da razılaşdırılıb. Razılaşmaya əsasən, “Yuventus” bu keçid üçün 5 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədə əlavə olaraq 50 milyon avroluq satınalma opsiyası və 5 milyon avroya qədər performansa bağlı bonuslar da yer alır.
Zidan Fransa millisinin baş məşqçisi olacaq
1998-ci ilin dünya və 2000-ci ilin Avropa çempionu Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq. Bu barədə “Defensa Central” portalı məlumat yayıb.
Morata Komoya Keçməyə Çox Yaxındır
Komo artıq Morata və onun müqavilə sahibi olan AC Milanla razılığa gəlib. Əsas maneə isə futbolçunun yanvar 2026-cı ilə qədər icarə əsasında oynadığı Qalatasaraydır.
Ceydon Sançonun Yuventusa Transferi Təxirə Salınıb
İngiltərə millisinin üzvü Ceydon Sançonun Yuventusa keçidi hələlik qeyri-müəyyən vəziyyətdədir.
Andrea Pirlo BƏƏ klubuna baş məşqçi təyin olundu
İtaliya futbolunun əfsanəvi simalarından biri olan Andrea Pirlo yenidən məşqçiliyə qayıdıb.
Yuventus Çelsinin Kenan Yıldız üçün təklifini rədd etdi
İtaliyanın Yuventus klubu, İngiltərənin Çelsi komandasının türkiyəli futbolçu Kenan Yıldız üçün göndərdiyi 65 milyon avro dəyərində transfer təklifini rədd edib.
Yuventus Fenerbahçəli Sofyan Amrabatla Maraqlanır
İtaliyanın Yuventus klubu yay transfer dönəmində yarımmüdafiə xəttini gücləndirmək üçün Fenerbahçənin mərakeşli futbolçusu Sofyan Amrabatı əsas hədəf kimi müəyyənləşdirib.