7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Andrea Pirlo BƏƏ klubuna baş məşqçi təyin olundu

İtaliya futbolunun əfsanəvi simalarından biri olan Andrea Pirlo yenidən məşqçiliyə qayıdıb.

25 İyul 2025 17:47
Andrea Pirlo BƏƏ klubuna baş məşqçi təyin olundu

BAKI, AzerVoice

İtaliya futbolunun əfsanəvi simalarından biri olan Andrea Pirlo yenidən məşqçiliyə qayıdıb.

AzerVoice xəbər verir ki, Milan və Yuventus komandalarında keçmiş parlaq karyerası ilə tanınan Pirlo, Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən “Dubai United” klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.

“United FC Andrea Pirlonun birinci komandanın baş məşqçisi təyin olunduğunu rəsmi olaraq elan etməkdən məmnundur. O, klubun dəyərlərini və hədəflərini özündə təcəssüm etdirir və komandamızı növbəti mərhələyə daşıyacaq əsas fiqurlardan biri olacaq,” – klubun prezidenti İlie Çebanu açıqlamasında bildirib.

Pirlo bu vəzifəyə sonuncu iş yerindən – İtaliya B Seriyasında çıxış edən “Sampdoria” klubundakı fəaliyyətdən cəmi 11 ay sonra təyin edilib. O, 2023-cü ilin iyulundan 2024-cü ilin avqustunadək “Sampdoria”ya rəhbərlik etmiş, lakin zəif nəticələr səbəbindən 29 avqust 2024-cü ildə postunu tərk etmişdi.

İtaliyalı mütəxəssisin daha əvvəlki məşqçilik təcrübələri arasında “Juventus” (2020–2021) və Türkiyənin “Fatih Karagümrük” klubları da yer alır. Hər iki klubda Pirlo ilə əməkdaşlıq gözləniləndən əvvəl başa çatmışdı.

2022-ci ildə təsis olunan “Dubai United” klubunun əsas məqsədi BƏƏ Pro Liqasına vəsiqə qazanmaqdır. Pirlo artıq Dubayda yerləşərək, yeni mövsüm hazırlıqlarına start verib. Komanda ilk oyununu 20 sentyabrda səfərdə “Əl-Ta'id” klubuna qarşı keçirəcək.

Məqalədə: #Türkiyə #BƏƏ #İtaliya #Dubay #Fatih Karagümrük #Yuventus #Milan #Trendyol Superliqası #İtaliya Birinci Futbol Liqası (A Seriyası)

Mövzu üzrə digər xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?

6 Sentyabr 13:00
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb

5 Sentyabr 16:47

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.