İranın xəbərdarlığından sonra üç neft tankeri geri döndü
İran Hörmüz boğazında gəmiçilik qaydaları ilə bağlı mövqeyini bir daha sərtləşdirib. İran İnqilab Keşikçiləri Korpusu boğazdan keçidin yalnız Tehranın müəyyən etdiyi marşrutlar üzrə mümkün olduğunu açıqlayıb. İran Dövlət Televiziyasının yaydığı məlumata görə, bölgədə tətbiq olunan hüquqi qaydaların əsasını İran qanunvericiliyi təşkil edir. Rəsmi mövqedə İranın razılığı olmadan istifadə edilən marşrutların təhlükəsizliyinə təminat verilmədiyi bir daha vurğulanıb. Son günlər Hörmüz boğazında baş verən insidentlər və gəmilərlə bağlı xəbərdarlıqlar bölgədə gərginliyi artırıb. İran rəsmiləri boğazın idarə olunması məsələsində sahilyanı dövlət kimi öz hüquqlarını ön plana çıxarırlar. Hörmüz boğazı dünya enerji daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur. Buna görə də bölgədə verilən hər bir açıqlama beynəlxalq diqqətlə izlənilir.
Ağ Ev əməliyyatları müdafiə addımı kimi təqdim etdi
ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı aparılan danışıqlar həssas mərhələyə daxil olduğu bir vaxtda yeni hərbi və siyasi mübahisələr ortaya çıxıb. Məlumata görə, tərəflər arasında memorandum layihəsinin ümumi çərçivəsi üzrə müəyyən struktur formalaşdırılsa da, proses hələ də kövrək olaraq qalır və kiçik fikir ayrılıqları belə danışıqların dayanmasına səbəb ola bilər. Bu fonda ABŞ-ın son hava zərbələri diqqət mərkəzinə çevrilib. Ağ Ev əməliyyatları müdafiə xarakterli addımlar kimi təqdim etsə də, İran tərəfi və xüsusilə İran İnqilab Keşikçiləri Korpusu hadisəyə fərqli yanaşaraq bunu atəşkəs şərtlərinin pozulması kimi qiymətləndirib. Mütəxəssislər hesab edirlər ki, qarşılıqlı ittihamların artması danışıqlar prosesinin gələcək taleyinə təsir göstərə bilər.
ABŞ İran blokadası səbəbindən 65 gəminin marşrutunun dəyişdiyini açıqladı
ABŞ Mərkəzi Komandanlığı İran limanlarına qarşı tətbiq olunan dəniz blokadası nəticəsində 65 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb. İran isə Hörmüz boğazına nəzarətin tam şəkildə öz əlində olduğunu bildirərək, İran İnqilab Keşikçiləri Korpusunun icazəsi olmadan heç bir gəminin keçidinə imkan verilmədiyini bəyan edib.
İranın kölgə kabineti: Ali Rəhbər Müctəba Xameneinin yoxluğunda dövləti idarə edən hərbi elita
Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.
İran müharibədən necə çıxacaq: "İnqilab keşikçiləri"nin artan daxili nüfuzu
İran hazırkı münaqişəyə struktur baxımından tükənmiş bir vəziyyətdə daxil olub. İllərlə davam edən sanksiyalar onun iqtisadiyyatına ciddi ziyan vurub, 2023-cü il 7 oktyabr hücumlarından sonra İsrail və ABŞ-la ardıcıl toqquşmalar səbəbindən isə bir vaxtlar ən mühüm nüfuz alətlərindən sayılan regional vəkil şəbəkəsinin effektivliyi azalıb. Daxildə isə illərlə davam edən repressiyalar və iqtisadi tənəzzüldən sonra İslam Respublikasına qarşı xalqın narazılığı artıb, Əli Xameneinin islahat tələblərinə dəfələrlə məhəl qoymaması bu narazılığı daha da şiddətləndirib. Buna görə də bir çox müşahidəçilərə elə gəlirdi ki, bu amillər tək bir nəticəyə aparır: uzun bir müharibə rejimin süqutu ilə nəticələnə bilər.
Aİ SEPAH-ı terror siyahısına sala bilər - Kallas
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ xarici işlər nazirləri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması məsələsini müzakirə etməyə hazırlaşır. Brüsseldə keçiriləcək toplantı ərəfəsində jurnalistlərə açıqlama verən Kallas, İranda kütləvi etiraz aksiyalarına qarşı tətbiq olunan sərt və ölümcül repressiyaların bu qərarı zəruri etdiyini vurğulayıb.
İran etirazlar zamanı “Bəsic” üzvünün öldüyünü açıqlayıb
İran hakimiyyəti ölkənin qərbində yerləşən Luristan əyalətində genişlənməkdə olan etiraz aksiyaları zamanı İnqilab Keşikçiləri Korpusunun səfərbərlik qanadı olan “Bəsic” milis dəstəsinin bir üzvünün öldürüldüyünü açıqlayıb. Bu, təhlükəsizlik qüvvələri sıralarında qeydə alınan ilk ölüm halıdır.
İsrail Livanda İranın Qüds Qüvvələrinə bağlı əməliyyatçının öldürüldüyünü açıqlayıb
İsrail ordusu Livanda həyata keçirilən zərbə nəticəsində İranın “Qüds” Qüvvələrinə bağlı elit bölmənin üzvlərindən birinin öldürüldüyünü açıqlayıb. İsrail hərbçilərinin məlumatına görə, öldürülən şəxs İran İnqilab Keşikçiləri Korpusunun tərkibində fəaliyyət göstərən “Qüds” Qüvvələrinin 840-cı bölməsinin əsas əməliyyatçılarından biri olub. Bildirilib ki, sözügedən şəxs Suriya və Livan ərazisindən İsrailə qarşı hücumların planlaşdırılmasında iştirak edib.
Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı
ABŞ-ın Suriyaya xüsusi elçisi Tom Barak bu gün (cümə axşamı) bəyan edib ki, Dəməşq beynəlxalq koalisiyaya qoşulduqdan sonra “İŞİD” qalıqlarının, İranın “İnqilab Keşikçiləri Korpusu”nun, “HƏMAS”ın, “Hizbullah”ın və digər “terror şəbəkələrinin qarşısının alınması və parçalanması” prosesinə töhfə verəcək.
İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır
İranın son vaxtlar İraq səhnəsində səssiz və strateji manevr həyata keçirdiyinə dair ardıcıl işarələr görünür. Məqsəd son dövrdə onun regional qollarına endirilən ağır İsrail zərbələrindən sonra sarsılmış təsirini bərpa etməkdir.
Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib
ABŞ prezidenti Donald Tramp İranın danışıqlara hazır olması və mümkün sanksiyaların yüngülləşdirilməsi ilə bağlı nikbin olduğunu bildirib.
Hörmüz Boğazının bağlanması qərarı yüksək səviyyəli rəsmilərə aiddir - SEPAH
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Komandanı, Rear Admiral Alireza Tangsiri Hörmüz Boğazının açılıb-bağlanması qərarının ölkənin ən yüksək səviyyəli rəsmi şəxslərinə aid olduğunu açıqlayıb.