Girovlar qaytarıldıqdan sonra HƏMAS məhv edilməlidir - Smotriç
İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb. Nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.
Qəzza razılaşması yalnız hökumətin təsdiqindən sonra qüvvəyə minəcək - Netanyahunun ofisi
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi cümə axşamı bəyan edib ki, Qəzzada girovların azad edilməsini nəzərdə tutan razılaşma yalnız hökumət tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. “Bəzi ərəb mediasında yayılan məlumatların əksinə olaraq, 72 saatlıq gerisayım yalnız Nazirlər Kabinetinin razılaşmanı təsdiqlədiyi iclasdan sonra başlayacaq. Bu iclasın axşam saatlarında keçirilməsi gözlənilir.”-deyə bəyanatda qeyd olunur.
Birinci mərhələ 2 mindən çox fələstinli məhbusun azad edilməsini əhatə edir – HƏMAS
HƏMAS hərəkatından bir mənbə Frans Press agentliyinə açıqlamasında bildirib ki, Misirdə aparılan dolayı danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmanın birinci mərhələsi Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə yanaşı, İsrail həbsxanalarında olan 2000-dən çox fələstinli məhbusun azad olunmasını nəzərdə tutur.
Qəzzada atəşkəs qüvvəyə mindi - HƏMAS Türkiyə, Qətər, Misir və Trampa təşəkkür etdi
Misirdə aparılan atəşkəs danışıqları nəticə verib. İsrailin iki ildir davam edən soyqırımı ilə üzləşən Qəzzada atəşkəsin qüvvəyə mindiyi elan olunub. HƏMAS məsələ ilə bağlı yaydığı açıqlamada vasitəçilik edən ölkələrə təşəkkür edib. “Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini böyük təşəkkürlə qarşılayırıq. Həmçinin müharibənin tamamilə dayandırılmasını və işğalçı İsrailin Qəzza zolağından tam şəkildə geri çəkilməsini hədəfləyən ABŞ Prezidenti Donald Trampın səylərini də yüksək qiymətləndiririk,” – deyə bəyanatda bildirilib.
İsrail razılaşmadan sonra hava zərbələri endirib - Qəzza mülki müdafiəsi
Qəzza Mülki Müdafiə Xidməti cümə axşamı səhər saatlarında İsrail ordusunun bölgənin müxtəlif hissələrinə bir neçə hava zərbəsi endirdiyini təsdiqləyib. Bu hücumlar ABŞ prezidenti Donald Trampın İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının əldə edildiyini elan etməsindən dərhal sonra baş verib. Frans Press agentliyinə açıqlama verən Qəzza Mülki Müdafiə Xidmətinin nümayəndəsi Məhəmməd əl-Muğayr bildirib: “Bu gecə Qəzzədə atəşkəs təklifinə dair razılaşma elan olunduqdan sonra bir neçə partlayış baş verib, xüsusilə Şimali Qəzza bölgəsində.”
BMT Baş katibi Qəzza atəşkəsi planının qəbulunu alqışladı
BMT-nin Baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin razılaşdırılmasını müsbət dəyərləndirib. BMT Baş katibinin sözçülüyü vasitəsilə yayılan yazılı açıqlamada Quterreş bildirib ki, ABŞ Prezidenti Donald Trampın təklifi əsasında əldə olunan razılaşma həm atəşkəsin təmin olunması, həm də girovların azad edilməsi baxımından mühüm addımdır.
ABŞ Qəzzada sülhün qorunması prosesinin bir hissəsi olacaq - Tramp
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına münasibət bildirərək, Amerika Birləşmiş Ştatlarının Qəzzada sülhün qorunması prosesinə fəal şəkildə qatılacağını bəyan edib.AzerVoice xəbər verir ki, bu haqda Tramp “Fox News” telekanalına verdiyi açıqlamada deyib.
HƏMAS və vasitəçilər arasında Şarm əş-Şeyxdə ilk danışıqlar başa çatdı
AzerVoice xəbər verir ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən və İsraillə Fələstin HƏMAS hərəkatı arasında müharibənin dayandırılmasını hədəfləyən ilk danışıqlar mərhələsi bazar ertəsi axşamı başa çatıb. Misir kəşfiyyatına yaxın “Al-Qahira News” telekanalının məlumatına görə, “HƏMAS və vasitəçilər arasında keçirilən ilkin müzakirələr müsbət atmosferdə yekunlaşıb” və görüşlər çərşənbə axşamı da davam edəcək.
“HƏMAS”-ın Qahirə danışıqlarında müəyyənləşdirdi beş əsas hədəf hansılardır
Fələstinli HƏMAS hərəkatının nümayəndə heyəti bazar günü Misirin paytaxtı Qahirəyə çatacaq, burada ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsraillə dolayı danışıqlar aparılacaq. Görüşlərin məqsədi ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planının icra detalları üzərində razılığa gəlməkdir.
HƏMAS “şeytanı divara dirədi” - Trampın Qəzza planı Yaxın Şərqdə siyasi oyunu dəyişir
HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza planına dair gözlənilməz cavabı Yaxın Şərqdə diplomatik dinamikanı alt-üst edib. Hərəkat “Trampın planında nəzərdə tutulan məhbus mübadiləsi formatı əsasında bütün israilli əsirləri azad etməyə hazır olduğunu” bəyan etməklə həm Qəzzadakı müharibənin gedişatına, həm də beynəlxalq münasibətlərə ciddi təsir göstərdi.
İsrail xüsusi qüvvələri Qəzzada soyqırımı ilə yanaşı, insan oğurlluğu ilə də məşğuldur
Qəzzada İsrailin “mustaribun” adlanan xüsusi qüvvələrinin fəaliyyəti artmaqdadır. Bu qüvvələr yaşayış məhəllələrinin dərinliklərinə daxil olaraq fələstinliləri oğurlayır. Oğurlananlar arasında HƏMAS və digər qruplaşmalara mənsub şəxslər, həm də mülki şəxslər var.
Tramp HƏMAS-a planına cavab üçün ən çox dörd günlük müddət verib
ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə 20 maddədən ibarət geniş planını elan etdikdən bir neçə saat sonra HƏMAS-a bu planı qəbul etmək üçün üç-dörd günlük vaxt verdiyini bildirib və razılıq olmadığı təqdirdə nəticənin “çox kədərli” olacağını xəbərdarlıq edib.