Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq?
22 aprel 2026-cı il tarixində Astanada keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində “Mərkəzi Asiyada biomüxtəlifliyin qorunması üzrə regional əməkdaşlıq: qlobal öhdəliklərdən birgə fəaliyyətə” mövzusunda panel sessiyası baş tutub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib
9 Aprel 2026-cı il tarixində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində (Daşkənd şəh.) “Əmir Teymur və Teymurilər dövrünün dünya tarixində və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Özbəkistan Respublikasının Prezidentinin "Əmir Teymurun anadan olmasının 690 illiyinin geniş qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirilir.
Qazaxıstan XİN rəhbəri Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
8 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Xarici İşlər naziri cənab Yermek Koşarbayev Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan kitablar Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasına hədiyyə edilib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Milli Akademik Kitabxananı ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Kitabxanaya təqdim edib. Milli Akademik Kitabxananın direktoru Fond tərəfindən hədiyyə edilən kitabların elmi ictimaiyyət və oxucular üçün vacib mənəvi xəzinə olduğunu bildirib.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan kitablar Manas Qırğız-Türk Universitetinə hədiyyə edilib
Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı: Fondun prezidenti xanım Aktotı Raimkulova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Manas Qırğız-Türk Univesitetini ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Universitetin kitabxanasına təqdim edib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Astana Beynəlxalq Universitetinin prezidenti, eləcə də Astana HUB və NITEC QSC qurumlarının nümayəndələri arasında görüş keçirilib
28 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Astana Beynəlxalq Universitetinin (AIU) prezidenti Serik İrsaliev, eləcə də Astana HUB və NITEC QSC (AO «НИТ») qurumlarının nümayəndələri arasında görüş keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondu prezidentinin Özbəkistana ilk rəsmi səfəri baş tutub
22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb
Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Prezidenti yanında Milli Elmlər Akademiyasının prezidenti cənab Kanatbek Abdrahmatov arasında görüş keçirilib. Görüşdə, həmçinin Ç.T. Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik cənab Abdıldajan Akmataliev, eləcə də İnstitutun baş elmi əməkdaşı, filologiya elmləri doktoru, manasşünas professor Jıldız Orozobekova iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi ilə görüşüb
21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri ilə görüşüb
21 yanvar 2026-cı il tarixində Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri cənab Mirbek Mambetaliyev arasında görüş keçirilib. Görüşdə nazir müavini Askaraly Madaminov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri cənab Nusubalı Yakupbekov da iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.
Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib
Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun yubileylər proqramına daxil edilmiş Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.