5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan

26 Fevral 2025 16:46
Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan

BAKI, AzerVoice

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili Ankarada görüş keçiriblər.

AzerVoice xəbər verir ki , mətbuata qapalı keçirilən görüşdən sonra nazirlər birgə mətbuat konfransı təşkil ediblər.

Nazir Fidan bildirib ki, Türkiyə və Gürcüstan regionda sülh, sabitlik və rifah üçün birgə fəaliyyət göstərir. O, iki ölkənin Xəzər dənizinin enerji resurslarının dünya və Avropa bazarlarına çatdırılmasında əsas rol oynadığını vurğulayıb.

"Uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə enerji təhlükəsizliyinə töhfə veririk. Əməkdaşlığımızı üçtərəfli və dördtərəfli formatlarda konkret layihələrə çevirmək üçün çalışırıq." - deyə o bildirib.

Fidan həmçinin qeyd edib ki, Türkiyə 16 ildir Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçib və bu rəqəmin 5 milyard dollara çatdırılması üçün işlər davam etdirilir.

Nazir Xəzər vasitəsilə keçən Şərq-Qərb Orta Dəhlizinin önəmini vurğulayaraq, bu marşrutun əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm verdiklərini bildirib.

Gürcüstanın ərazi bütövlüyünü təhdid edə biləcək proseslərə dair Türkiyənin mövqeyinin açıq və qəti olduğunu qeyd edən Fidan,

"Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həllinə göstərdiyi səyləri təqdir edirik. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyimiz güclü dəstəyi qətiyyətlə davam etdirəcəyik." - deyə bildirib.

Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan
Məqalədə: #Türkiyə #Hakan Fidan #Gürcüstan #Bakı-Tbilisi-Qars dəmir yolu #Bakı-Tbilisi-Ceyhan neft kəməri #Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri #Türkiyə Gürcüstan əməkdaşlığı #Şərq-Qərb ticarət marşrutu

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.