7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Qırğızıstan səfiri maddi-texniki yardıma görə Azərbaycana təşəkkür edib

22 Mart 2025 11:29
Qırğızıstan səfiri maddi-texniki yardıma görə Azərbaycana təşəkkür edib

BAKI,AzerVoice

Azərbaycanın növbəti dəfə Qırğızıstana göndərdiyi humanitar yardıma görə minnətdarlığımı bildirirəm.

AzerVoice-in məlumatına görə, bunu bu gün jurnalistlərə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qırğızıstana maddi-texniki yardım göndərməsi zamanı deyib.

“Azərbaycanın növbəti dəfə Qırğızıstana göndərdiyi bu humanitar yardıma görə Prezident İlham Əliyevin timsalında Azərbaycan Respublikasının rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və Azərbaycan xalqına səmimi təşəkkürümü bildirmək istəyirəm.

Bu, qardaş xalqlarımız arasında əlaqələrin getdikcə daha da möhkəmləndiyinin əsl sübutudur və bu, bizim liderimiz üçün siyasi kursun gələcəkdə daha da möhkəmlənməsinə zəmanət verəcək", o deyib.

Səfir qeyd edib ki, bu yardım Qırğızıstan üçün vacibdir.

“Çünki yaz aylarında bizdə, adətən, hər yerdə çoxlu sel və müxtəlif fövqəladə hallar olur, ona görə də bu texnikalar ölkə üçün və xüsusən də fövqəladə hallar qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox faydalı olacaq”, - o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.

Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.

Məqalədə: #Azərbaycan #Qırğızıstan #Fövqəladə Hallar Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.