7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

Qazaxıstanın ev sahibliyi ilə 23 iyuna qədər davam edəcək iclasın açılışında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım, TDT-yə üzv dövlətlərin ağsaqqalları, eləcə də Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri çıxış ediblər.

22 İyun 2026 13:49
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

BAKI,VOA

22 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Almatıda keçirilən Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib.

VOA xəbər verir ki, Qazaxıstanın ev sahibliyi ilə 23 iyuna qədər davam edəcək iclasın açılışında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım, TDT-yə üzv dövlətlərin ağsaqqalları, eləcə də Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri çıxış ediblər.

Çıxışlarında iştirakçılar gündəlikdə yer alan məsələlərin aktuallığını vurğulamış və iclas əsas əməkdaşlıq istiqamətləri üzrə müzakirələr və fikir mübadiləsi formatında davam etmişdir.

İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova gündəlikdə yer alan məsələlərə, xüsusilə də 1926-cı ildə keçirilmiş Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd olunmasına xüsusi diqqət yetirərək, onun türk dünyasının ümumi intellektual məkanının formalaşmasındakı tarixi əhəmiyyətini qeyd edib. Həmçinin türk xalqlarının zəngin tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi proseslərində müasir rəqəmsal texnologiyaların və süni intellekt alətlərinin tətbiqinin vacibliyi vurğulanmışdır.

Professor Aktotı Raimkulova Türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq irsin qorunması və nəsillərarası varisliyin təmin olunmasına yönəlmiş Ağsaqqallar Şurasının təşəbbüs və tövsiyələrinin həyata keçirilməsinə Fondun bundan sonra da dəstək göstərməyə hazır olduğunu ifadə edib.

İclasın yekununda fikir mübadiləsi və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Ağsaqqallar Şurasının tövsiyələri qəbul olunmuşdur.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib
Məqalədə: #Qazaxıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Almatı

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

13:52
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.