5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğanın İsraillə bağlı açıqlaması dünya mətbuatında

Bakıda keçirilən BMT İqlim Sammitində jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı fikirləri dünya mətbuatında böyük marağa səbəb olub.

14 Noyabr 2024 14:57
Ərdoğanın İsraillə bağlı açıqlaması dünya mətbuatında

Bakı, AzerVoice

Bakıda keçirilən BMT İqlim Sammitində jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı fikirləri dünya mətbuatında böyük marağa səbəb olub.

AzerVoice xəbər verir ki, Ərdoğan, çərşənbə axşamı paytaxt Bakıda keçirilən BMT İqlim Sammitində iştirak edərək, çıxışları və verdiyi açıqlamalarla geniş diqqət çəkib.

Belə ki, ABŞ və Avropa mediasında Ərdoğanın İsrailə dair son açıqlamaları əks-səda doğurub.

"Newsweek" jurnalında dərc olunan "Türkiyə İsraillə əlaqələrini kəsdi" başlıqlı məqalədə Ərdoğanın İsraillə bağlı sərt mövqeyinə diqqət çəkilib.

ABC News isə Prezident Ərdoğanın Suriya ilə normallaşma prosesinə dair müsbət ümidlər bəslədiyini vurğulayaraq, onun “Suriya ilə barışıqdan ümidvarıq” ifadəsini manşetində yerləşdirib.

Böyük Britaniyada fəaliyyət göstərən Middle East Eye də Ərdoğanın “Türkiyə İsraillə bütün əlaqələrini kəsir” ifadəsini manşetə çıxarıb və onun təyyarədə jurnalistlərə verdiyi açıqlamalara geniş yer verib.

Digər Britaniya mərkəzli xəbər platforması Middle East Monitor isə Ərdoğanın “İsrailin Livana təcavüzünün nəticələri fərqli olacaq” xəbərdarlığını vurğulayıb.

İsrailin i24 News kanalı isə Ərdoğanın "Türkiyə sona qədər fələstinlilərin yanında olacaq" açıqlamasına xüsusi diqqət çəkib.

Çin mərkəzli Global Times isə xəbərini “Prezident Ərdoğan Türkiyənin İsraillə əlaqələrini kəsdiyini açıqladı” başlığı altında yayımlayaraq, Ərdoğanın İsraillə münasibətlərdəki sərt mövqeyini ön plana çıxarıb.

Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən xəbər xidməti, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevi xüsusi diqqətə layiq görərək, onları sammitin ən önəmli simaları kimi təqdim edib. Sammitdə 50-yə yaxın liderin çıxış edəcəyi bildirilərkən, bu çıxışların içində ən çox önə çıxanların Ərdoğan və Prezident İlham Əliyev olduğu xüsusi olaraq vurğulanıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.