5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda 250 nəfərə yaxın qeyri-qanuni miqrant saxlanılıb

Türkiyədə İstanbulun Esenyurt rayonunda qeyri-qanuni miqrantlara qarşı keçirilən genişmiqyaslı “KALKAN-29” əməliyyatı zamanı 242 nəfər saxlanılıb.

15 Noyabr 2024 11:32
İstanbulda 250 nəfərə yaxın qeyri-qanuni miqrant saxlanılıb

Bakı, AzerVoice

Türkiyədə İstanbulun Esenyurt rayonunda qeyri-qanuni miqrantlara qarşı keçirilən genişmiqyaslı “KALKAN-29” əməliyyatı zamanı 242 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, əməliyyatla bağlı açıqlamasını sosial media hesabından yayımlayıb.

Yerlikaya bildirib ki, İstanbul İl Polis İdarəsinin İmmiqrasiya İdarəsi Müdirliyinin koordinasiyası ilə parklar, bağlar, otellər və prospektlərdə yoxlama və yol nəzarəti tədbirləri keçirilib.

Əməliyyat çərçivəsində tutulan şəxslərin qanuni prosedurlar əsasında lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara təhvil verildiyi bildirilib.

Yerlikaya əməliyyatda 370 polis əməkdaşı, 93 immiqrasiya idarəsi işçisi və 31 səyyar immiqrasiya məntəqəsinin iştirak etdiyini qeyd edib. Bu məntəqələr vasitəsilə Esenyurtun müxtəlif yerlərində əcnəbi vətəndaşların qanuni qalma statusları yoxlanılıb.

Nazir bildirib ki, 4 min 765 əcnəbinin şəxsiyyəti və barmaq izləri 31 mobil cihaz vasitəsilə götürülüb. Aparılan yoxlamalar nəticəsində, sorğu-sual edilən şəxslər arasından 242 nəfərin qeyri-qanuni miqrant olduğu müəyyən edilib.

Yerlikaya əlavə edib ki, tutulan qeyri-qanuni mühacirlərin ölkələrinə geri göndərilməsi üçün lazımi prosedurlar artıq başladılıb. Nazir, bu əməliyyatların yalnız Esenyurtla məhdud qalmadığını, qeyri-qanuni miqrasiyaya qarşı ölkə daxilində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Məqalədə: #Türkiyə #İstanbul #Ali Yerlikaya

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.