5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bayraktar TB3-ün ilk uçuş və eniş sınağı həyəcan vericidir - Yunan mətbuatı

Türkiyənin Bayraktar TB3 pilotsuz uçuş aparatının (PUA) TCG Anadolu gəmisindən ilk uğurlu uçuş və eniş sınaqları beynəlxalq səviyyədə geniş əks-səda doğurub.

20 Noyabr 2024 17:12
Bayraktar TB3-ün ilk uçuş və eniş sınağı həyəcan vericidir -  Yunan mətbuatı

Bakı, AzerVoice

Türkiyənin Bayraktar TB3 pilotsuz uçuş aparatının (PUA) TCG Anadolu gəmisindən ilk uğurlu uçuş və eniş sınaqları beynəlxalq səviyyədə geniş əks-səda doğurub.

AzerVoice xəbər verir ki, Türkiyənin Bayraktar TB3 pilotsuz uçuş aparatının (PUA) TCG Anadolu amfibiya hücum gəmisindən ilk uçuş və eniş sınaqlarını uğurla tamamlaması, Yunanıstanda müdafiə dairələrinin diqqətini çəkərək müzakirə mövzusuna çevrilib.

Yunanıstanın müdafiə məsələlərinə diqqət yetirən xəbər saytları, bu sınaqları "narahat edici" və "həyəcanverici inkişaf" olaraq dəyərləndirir. TCG Anadolu kimi bir platformadan Bayraktar TB3-lərin istifadəsi Yunanıstan üçün yeni təhlükə potensialı olaraq görülür.

Xəbərlər, TB3-lərin eyni vaxtda qrup halında əməliyyat keçirmə bacarığına diqqət çəkib. Bu, ərazidə dəniz və hava üstünlüyü baxımından strateji bir dəyişiklik yarada biləcək xüsusiyyət kimi dəyərləndirilir.

Yunanıstan mətbuatı, TCG Anadolu-nun dünyanın PUA-lar üçün hazırlanmış ilk təyyarə gəmisi olmasını və ya bu statusa çox yaxın olduğunu vurğulayıb. Bu, Türkiyənin dəniz qüvvələrinin pilotsuz əməliyyat imkanlarını artırma səylərinin bir hissəsi kimi nəzərə alınır.

Xüsusilə, Kiprdə yerləşən Sigmalive xəbər saytı bu sınağı "tarixi hadisə" kimi xarakterizə edib və Bayraktar TB3-ün texnoloji imkanlarını vurğulayıb.

Bayraktar TB3-ün eniş üçün heç bir əlavə dəstək avadanlığı istifadə etməməsi sınağın ən diqqətçəkən xüsusiyyəti kimi qeyd olunub.
Xəbərdə Bayraktar TB3-ün uğurlu eniş və qalxışı ilə Türkiyənin PUA texnologiyasında dünyada bir ilkə imza atdığı ifadə edilib.

Müdafiə xəbərləri yayımında ixtisaslaşmış digər saytlar da Bayraktar TB3-ün bu uğurunu vurğulayaraq, onun yeni nəsil dəniz platformalarına uyğun olaraq hazırlanmasını və TCG Anadolu gəmisinin PUA əməliyyatları üçün unikal bir baza olduğunu qeyd ediblər.

Xüsusi olaraq TCG Anadolu amfibiya hücum gəmisinin Bayraktar TB3-ün əməliyyat qabiliyyətlərini artırdığı və Türkiyənin pilotsuz sistemlərdə qlobal liderliyini gücləndirdiyi bildirilib.

Sınaqlarla bağlı Baykar Texnologiya tərəfindən yayımlanan görüntülər də , testlərin uğurlu şəkildə həyata keçirildiyini göstərir.

Məqalədə: #Türkiyə #Bayraktar TB3 #Yunanıstan

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.