7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə ilə Malayziya arasında 11 mühüm müqavilə imzalanıb

11 Fevral 2025 14:29
Türkiyə ilə Malayziya arasında 11 mühüm müqavilə imzalanıb

Bakı, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın baş naziri Ənvər İbrahimin iştirakı ilə iki ölkə arasında ticarət, müdafiə, enerji və media sahələrini əhatə edən 11 strateji müqavilə imzalanıb.

AzerVoice xəbər verir ki, Türkiyə və Malayziya enerji transformasiyası sahəsində əməkdaşlığa dair razılığa gəlib. Müqaviləni Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Malayziyanın baş nazirinin müavini, enerji və suyun transformasiyası naziri Fadillah Yusuf imzalayıb.

Xarici işlər nazirləri Hakan Fidan və Məhəmməd Həsən iki ölkə arasında fövqəladə hallar sahəsində əməkdaşlığa dair anlaşma memorandumuna imza atıblar.

TÜBİTAK və Sultan Mizan Antarktika Araşdırmalar Vəqfi dənizçilik və qütb tədqiqatları sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Türkiyə və Malayziya müdafiə məmulatlarının tədarükü və rabitə sistemləri sahəsində strateji əməkdaşlığa dair razılıq əldə ediblər. Müdafiə Sənayesi Başçısı Prof. Dr. Haluk Görgün və Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin müvafiq sənədləri imzalayıblar.

Türkiyə və Malayziya ağıllı şəhərlər, trafik və təhlükəsizlik həlləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

Türkiyə Ticarət Nazirliyi və Malayziyanın Daxili Ticarət Nazirliyi istehlakçıların hüquqlarının qorunması və bazara nəzarət sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Desan Gəmiqayırma Zavodu Malayziyanın Daxili İşlər Nazirliyi üçün çoxməqsədli missiya gəmisinin satın alınması üzrə ilkin qəbul məktubu imzalayıb.

Son olaraq, Anadolu Agentliyi (AA) və Malayziyanın Milli Xəbər Agentliyi arasında informasiya mübadiləsini gücləndirən əməkdaşlıq memorandumu imzalanıb.

Məqalədə: #Türkiyə #Malayziya

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.