8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir

28 Fevral 2025 10:49
Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir

BAKI,AzerVoice

Baykar tərəfindən yerli və milli imkanlarla hazırlanmış Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA-nın inkişaf prosesi planlaşdırılmış test cədvəlinə uyğun olaraq davam edir.

AzerVoice xəbər verir ki, Baykar-ın tamamilə öz resursları ilə inkişaf etdirdiyi Bayraktar KIZILELMA, Aerodinamik Sistem Tanıma Testi-ni uğurla keçib.

Təyyarənin istehsal prototipi olan PT3, Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxaraq 53 dəqiqə boyunca orta hündürlükdə uçuş həyata keçirib və lazımi aerodinamik sistem testlərini uğurla tamamlayıb.

Bayraktar KIZILELMA-nın inkişaf prosesi planlaşdırıldığı kimi davam edir. İlk prototiplərdən əldə edilən təcrübələr sayəsində istehsal prototipində bir sıra mühüm dəyişikliklər edilib. Struktur təkmilləşdirmələrlə yanaşı, avionika sistemində də irəliləyişlər həyata keçirilib. Təyyarəyə uğurla inteqrasiya edilən art yanma sisteminə malik mühərrik alternativi ilə uçuş reallaşdırılıb. Yeni güclü mühərriki sayəsində səs sürətinə yaxınlaşacaq olan Bayraktar KIZILELMA, aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlə daha effektiv manevr edə biləcək. Təyyarənin AESA radar sistemi sayəsində yüksək səviyyəli situasiya fərqindəliyi əldə etməsi ona ən çətin tapşırıqları yerinə yetirməyə imkan verəcək.

Baykar-ın həyata keçirdiyi Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başladı. 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəli Bayraktar KIZILELMA, Çorlu AKINCI Uçuş Təlim və Test Mərkəzinə gətirildi. Burada yer testlərini sürətlə tamamladıqdan sonra 14 dekabr 2022-ci ildə ilk uçuşunu uğurla həyata keçirdi. Bir il kimi rekord bir müddətdə göy üzünə qalxan bu pilotsuz döyüş təyyarəsi mühüm bir nailiyyətə imza atdı.

Bayraktar KIZILELMA, TEKNOFEST 2023 çərçivəsində dünya aviasiya tarixində ilk dəfə reallaşdırılan uçuşlar həyata keçirdi. Bayraktar AKINCI TİHA ilə formasiya uçuşları icra edən KIZILELMA, 1 may 2023-cü ildə isə Türkiyə Yıldızları aerobatika qrupu ilə birlikdə F-16 döyüş təyyarəsi SOLOTÜRK və F-5 qırıcıları ilə İstanbul səmasında qrup uçuşu reallaşdırdı. Dünya aviasiya tarixi üçün dönüş nöqtəsi hesab edilən bu uçuş konseptləri gələcəyin hava döyüşlərinə də istiqamət verəcək.

Bütün layihələrini öz vəsaiti ilə həyata keçirən Baykar, 2003-cü ildə İHA Ar-Ge fəaliyyətlərinə başladıqdan bu günə qədər gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixrac həyata keçirən Baykar, Türkiyədə ən çox ixrac edən ilk 10 şirkət arasında yer aldı. Dünyanın ən böyük pilotsuz hava vasitələri ixracatçısı olan Baykar, 2024-cü ildə də uğurlarını davam etdirərək gəlirlərinin 90%-ni ixracatdan əldə edərək yenidən 1.8 milyard dollarlıq satış reallaşdırdı.

Baykar, İxracatın Çempionları Mükafatını qazanaraq 2021, 2022 və 2023-cü illərdə Türkiyənin müdafiə və aviasiya sənayesi üzrə ən çox ixrac edən şirkəti oldu. 2023-cü ildə sektorun ixracatının üçdə birini təkbaşına həyata keçirən Baykar, 2024-cü ildə isə müdafiə və aviasiya sektorunun ümumi ixracatının dörddə birini təkbaşına reallaşdıraraq Türkiyəni qlobal PUA ixracat bazarında lider mövqeyə gətirdi.

Dünyanın ən böyük pilotsuz hava vasitəsi istehsalçısı olan Baykar, Bayraktar TB2 PUA üçün 34 ölkə ilə, Bayraktar AKINCI PUA üçün isə 11 ölkə ilə olmaqla toplam 36 ölkə ilə ixracat müqaviləsi imzalayıb.

Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir Bayraktar KIZILELMA-nın Uçuş Testləri Uğurla Davam Edir
Məqalədə: #Selçuk Bayraktar #Baykar #PUA #AKINCI PUA #Bayraktar AKINCI #KIZILELMA #Bayraktar

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.