5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk zirehli texnikaları Estoniya ordusunda

12 Mart 2025 11:20
Türk zirehli texnikaları Estoniya ordusunda

BAKI, AzerVoice

Türkiyənin Otokar və Nurol Makina şirkətləri Estoniya ordusu üçün nəzərdə tutulan ARMA 6x6 və YÖRÜK (NMS) 4x4 zirehli texnikalarının təhvilini planlaşdırılandan daha tez başa çatdırıb.

AzerVoice xəbər verir ki, təxminən 50 avtomobil artıq Estoniya Silahlı Qüvvələrinə təqdim olunub və Nursipalu Təlim Sahəsində bu texnikalar ictimaiyyətə nümayiş etdirilib.

Estoniya Müdafiə Naziri Hanno Pevkur yeni zirehli texnikaların təqdimat mərasimində çıxış edərək Türkiyə ilə bu əməkdaşlığın uğurlu olduğunu vurğulayıb.

"Bu avtomobillərin qısa müddətdə təhvil verilməsi böyük bir nailiyyətdir. İlk testlərdən görünür ki, maşınlar yüksək performans nümayiş etdirir. Ordu olaraq ən yaxşı texnika ilə təchiz olunmalıyıq və güclü olmağımızın vacib olduğunu açıq şəkildə göstərməliyik."- deyə o bildirib.

Otokar və Nurol Makina nümayəndələri də layihənin uğurlu icrasından məmnun olduqlarını bildiriblər. Otokar şirkətinin Askeri Araçlar üzrə baş direktor müavini Sedef Vehbi qeyd edib ki, Estoniyanın tələbləri vaxtında və effektiv şəkildə yerinə yetirilib və müştəri yüksək razılıq ifadə edib.

Nurol Makina-nın Strateji Planlama və Pazar Geliştirme direktoru Emre Akın isə YÖRÜK 4x4-ün NATO daxilində əhəmiyyətli bir qüvvəyə çevriləcəyini bildirib.

Türkiyənin müdafiə sənayesi üçün böyük əhəmiyyət kəsb edən bu müqavilə, bölgədəki digər Avropa ölkələrinin də Türkiyə istehsalı zirehli texnikalara marağını artırıb. Estoniya ilə əməkdaşlığın uğuru, Romaniya ilə yeni bir müqaviləyə də zəmin yaradıb.

Türkiyənin Avropa müdafiə bazarındakı mövqeyini gücləndirən bu layihə çərçivəsində Türk istehsalı zirehli maşınların NATO-da istifadəsi genişlənməkdədir.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #Estoniya #Otokar #ARMA 6x6 #YÖRÜK (NMS) 4x4

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.