4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

SOM-J Milli Seyrədici Raket F-16-dan Suüstü Hədəfə Qarşı Uğurla Sınaqdan Keçirildi

21 Mart 2025 14:30
SOM-J Milli Seyrədici Raket F-16-dan Suüstü Hədəfə Qarşı Uğurla Sınaqdan Keçirildi

Bakı, AzerVoice

Türkiyənin milli müdafiə sənayesi daha bir mühüm uğura imza atdı. ROKETSAN tərəfindən yayılan məlumata görə, TÜBİTAK SAGE tərəfindən hazırlanan SOM-J milli seyrədici raketi, F-16 qırıcısından suüstü hədəfə qarşı atış sınağını uğurla başa vurub.

AzerVoice xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır da sosial media hesabından SOM-J ilə bağlı paylaşım edib. O, sınaq zamanı suüstü platformaya qarşı ilk atışda hədəfin uğurla vurulduğunu bildirib və əlavə edib:
“SOM-J müasir döyüş şəraitində Silahlı Qüvvələrimiz üçün güclü bir qüvvə çarpanı olacaq, uzaq məsafədən yüksək dəyərli hədəflərin zərərsizləşdirilməsini təmin edəcək.”- deyə Kaçır bildirib.
“Kara və suüstü hədəflərə qarşı istifadə, məlumat bağlantısı ilə atış sonrası idarəetmə (yenidən hədəfləmə, hədəf yeniləmə, missiya ləğvi, yayımı susdurma), milli hava platformalarımız olan KAAN və KIZILELMA ilə uyğunluq, infraqırmızı başlıq, suüstü hədəflərə qarşı optimallaşdırılmış döyüş başlığı, aşağı radar görünürlüğü… SOM-J-in caydırıcı gücü və effektiv hücum imkanları daim inkişaf etdirilir.”

Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri Haluk Görgün də SOM-J-nin suüstü hədəfə qarşı çətin şəraitdə uğurla sınaqdan keçdiyini bildirib. O, paylaşımında qeyd edib:
“Güclü iradə, yüksək texnologiya, tam isabət. Yerli və milli mühəndisliklə hazırlanmış bu ağıllı sursat, xalqımızın əzmini, müdafiə sənayemizin gəldiyi nöqtəni və gələcəyə olan inamımızı göstərir. Göylərdən gələn zərbə gücümüz indi daha təsirli, daha səssiz, daha dəqiqdir.”

Görgün, bu mühüm qabiliyyətin qazanılmasında əməyi keçən ROKETSAN, TÜBİTAK SAGE, idarə əməkdaşları, alt yüklenicilər və bütün tərəfdaşlara təşəkkür edib.

Sənaye və Texnologiya Nazirliyindən verilən açıqlamada bildirilib ki, SOM-J yeni nəsil seyrədici raket olaraq çoxsaylı üstünlüklərə malikdir və onun qabiliyyətlərinin artırılması üzərində işlər davam etdirilir.

Açıqlamada deyilir ki, F-35 Birgə Hücum Təyyarəsi (JSF) ilə uyğunlaşacaq bu raket, ROKETSAN yükleniciliyi, TÜBİTAK SAGE əsas alt yükleniciliyi ilə Müdafiə Sənayesi İdarəsinin rəhbərliyində inkişaf etdirilir.

Sınaq çərçivəsində F-16 təyyarəsindən SOM-J raketi ilə suüstü hədəfə atış həyata keçirilib. Atış sonrası məlumat bağlantısı ilə idarəetmə, maksimum məsafə, vurma dəqiqliyi və suüstü hədəflərə qarşı angajman imkanları uğurla nümayiş etdirilib. SOM-J çətin marşrut və manevr şərtləri altında bütün göstəriciləri yerinə yetirərək hədəfi dəqiq vurub.

Məqalədə: #Türkiyə #KAAN #TÜBİTAK #ROKETSAN #Haluk Görgün #F-16 #KIZILELMA

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.