Bakı,AzerVoice:
Mərkəzi Malatya olan beş vilayətdə həyata keçirilən qanunsuz mərc əməliyyatında saxlanılan 18 şübhəlidən 17-si həbs edilib.
AzerVoice xəbər verir ki, bu barədə Malatya Polis İdarəsi açıqlama verib.
Beş vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı 18 şübhəli yaxalanıb.
Polis bölməsindəki əməliyyatlardan sonra 18 şübhəlidən 17-si həbs edilib, biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.