8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ROKETSAN-ın ağıllı sursatlarının texniki xüsusiyyətləri açıqlanıb

27 İyun 2024 02:45
ROKETSAN-ın ağıllı sursatlarının texniki xüsusiyyətləri açıqlanıb

Bakı, VOA

Roketsan tərəfindən hazırlanan MAM-L IIR (Mini Akıllı Mühimmat) və MAM-T IIR Mini Ağıllı Sursatların texniki xüsusiyyətləri açıqlanıb.

VOA xəbər verir ki, hər iki sursat əvvəlki versiyalardan təxminən iki dəfə daha çox uzun məsafəyə sahibdir.

Bu çərçivədə Roketsan, BAYKAR ilə birlikdə görüntüləmə infraqırmızı (IIR) axtarış başlığını birləşdirdiyi MAM-L IIR və MAM-T IIR sursatlarının sınaq fəaliyyətlərini tamamlayıb.

Məlumat üçün qeyd edək ki, MAM-L və MAM-T-də vurulacaq hədəf PUA operatoru və ya xarici dost element tərəfindən daim lazerlə işarələnməlidir. Amma MAM-L IIR və MAM-T IIR-də buna ehtiyac yoxdur.

Lazer axtaran başlıqlı MAM-L döyüş sursatı 15 kilometr mənzilə və 22 kiloqram çəkiyə malik olduğu halda, MAM-L IIR 25+ kilometr məsafəyə və 23 kiloqram çəkiyə malikdir.

MAM-L döyüş sursatı, hissəciklərə təsir, yüksək partlayıcı, tank əleyhinə və termobarik döyüş başlığı seçimlərinə malikdir. MAM-L IIR isə hissəcik effekti və tank əleyhinə xüsusiyyətləri olan çoxməqsədli döyüş başlığına malikdir.

MAM-L IIR-in əsas hədəf növləri arasında -  şəxsi heyət, əsas döyüş tankı, radar antenası, yer hədəfləri və zirehli texnikalar yer alır.

MAM seriyalı sursatların ən partlayıcı üzvü olan MAM-T-nin lazer axtaran versiyası 30+ kilometr mənzilə və 95 kiloqram çəkiyə malikdir. MAM-T IIR isə 96 kiloqram ağırlığında və 50+ kilometr uçuş məsafəsinə malikdir.

MAM-T hissəcik zərbəsi, yüksək partlayıcı və termobarik döyüş başlığı seçimlərinə malik olsa da, MAM-T IIR hissəcik zərbəsi və termobarik döyüş başlığı seçimlərinə malikdir.

Xatırladaq ki, MAM seriyalı döyüş sursatları indiyədək 40-dan çox ölkəyə ixrac edilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

ROKETSAN-ın ağıllı sursatlarının texniki xüsusiyyətləri açıqlanıb ROKETSAN-ın ağıllı sursatlarının texniki xüsusiyyətləri açıqlanıb
Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #ROKETSAN

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.