Bakı,AzerVoice
Rusiya İnterpol Bölməsi tərəfindən Moskvadakı hücumun faili kimi müəyyən edilən Rusiya vətəndaşı Yevgeni Serebriakovun Muğla Polis İdarəsində istintaqı tamamlanıb.
AzerVoice xəbər verir ki, Rus terrorçu Bodrum Milas Hava Limanından Rusiya İnterpol Birliyinin əməkdaşlarına təhvil verilib və təyyarə ilə ölkəsinə göndərilib.
Polis bölməsindəki ifadəsində iki nəfərin yaralandığı hücumda rusiyalı terrorçunun bombanı pul qarşılığında vasitəyə qoyduğunu etiraf etdiyi öyrənilib.
Hadisənin səbəbkarı olduğu bildirilən Rusiya əsilli Serebriakov təyyarə ilə gəldiyi Muğla Bodrumda Türkiyə polisi və MİT-in təqibi nəticəsində qısa müddətdə yaxalanıb.
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada park edilmiş avtomobildə baş verən partlayışda biri hərbi kəşfiyyatçı olan iki nəfər yaralanıb.