Bakı, AzerVoice
Türkiyənin Şərqi İç Anadolu və Şərqi Aralıq dənizində yerli güclü yağışlar gözlənilir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi proqnozlar verib.
Qeyd edilib ki, Aksaray, Niğde, Kayseri, Sivasın cənubu, Adananın şimal və şərqi, Mersinin şimalı və Osmaniye rayonlarında lokal olaraq şiddətli yağış və tufan gözlənilir.
“Sel, daşqın, sürüşmə, şimşək çaxması, yağıntı zamanı güclü külək və yerli kiçik miqyaslı dolu kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq lazımdır.” – deyə açıqlamada vurğulanıb.
Hafiz Rufizoğlu