5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə ölüm hökmü geri qaytarıla bilər

14 Oktyabr 2024 15:04
Türkiyədə ölüm hökmü geri qaytarıla bilər

Bakı,  AzerVoice

Türkiyə cəza infaz sistemində 2 ildən az cəza alanlar da artıq həbs cəzası ilə üzləşəcəklər.

 AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı cəza infaz sistemindəki dəyişikliklərə dair açıqlama verib.

Tunç bildirib ki, yeni sistemə görə 2 ildən az cəza alanlar da həbs cəzası ilə üzləşəcəklər.

Tunç, cəza infaz sistemində yaxşı davranış endiriminin ictimaiyyətdə narahatlıq yaratdığını ifadə edərək, bu mexanizmin yenidən nəzərdən keçirildiyini açıqlayıb. Belə ki, yaxşı davranış endirimi və sınaq müddəti hər cinayət üçün tətbiq edilməyəcək, bəzi cinayətlər üçün bu endirim ümumiyyətlə mümkün olmayacaq.

Nazir məhkəmə-hüquq islahatları istiqamətində görülən işlər barədə də əhəmiyyətli açıqlamalar verib. O, Məhkəmə-Hüquq İslahatları Strategiyası Sənədinin hazırlandığını və bu sənəd üzərində 1,5 ildir ki, iş aparıldığını vurğulayıb.

O bildirib ki, cəzasızlığın qarşısını almaq üçün bəzi hüquqi tənzimləmələr aparılacaq. Xüsusilə, az cəza müddətləri ilə bağlı cəmiyyətdə narahatlıqlar olduğu üçün, artıq 2 ildən az müddətə azadlıqdan məhrum edilən şəxslər də həbs cəzası çəkəcəklər.

Bununla yanaşı, kataloq cinayətlərinin dairəsinin genişləndirilə biləcəyini və yeni cinayət növlərinin əlavə edilməsinin mümkün olduğunu qeyd edib.

Nazir Tunç, 10-cu Məhkəmə Paketi ilə bağlı təklifin də yaxın zamanda komissiyaya təqdim olunacağını və bu paketdə məhkəmə prosesini sürətləndirmək, gecikmələrin qarşısını almaq üçün mühüm məsələlərin əhatə olunacağını açıqlayıb.

Ədliyyə naziri Yılmaz Tunç, Konstitusiyanın ilk 4 maddəsinin müzakirə mövzusu olmadığını bir daha vurğulayıb. O, Parlament sədrinin də bu mövzuda heç bir niyyətinin olmadığı, yeni konstitusiya qurmaq cəhdlərinin kompromis yolu ilə həyata keçirildiyini və Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu qeyd edib.

Nazir həmçinin sonda faktlarla bağlı araşdırmaların başladığını və qanunu pozan əməllərə qarşı lazımi cəza tədbirlərinin görüləcəyini bildirib. Heyvanlarla bağlı qanunun məqsədinin onların öldürülməsi deyil, əksinə, onların həyatını qorumaq və küçələrin təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə #Yılmaz Tunç #cəza infaz sistemi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.