7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan Əlcəzairə səfər edəcək

19 Aprel 2025 16:09
Hakan Fidan Əlcəzairə səfər edəcək

BAKI, AzerVoice

Türkiyə və Əlcəzair strateji əməkdaşlığı genişləndirir.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah iki günlük rəsmi səfər çərçivəsində Əlcəzairə yola düşəcək.

O, Əlcəzairli həmkarı Əhməd Attaf ilə birgə Türkiyə-Əlcəzair Ortaq Planlaşdırma Qrupunun (OPG) üçüncü toplantısına həmsədrlik edəcək. Görüşdə enerji, müdafiə sənayesi və iqtisadi əməkdaşlıqla yanaşı, Qəzza və Sahel bölgəsindəki vəziyyət də müzakirə olunacaq.

Səfər çərçivəsində nazir Fidanın Əlcəzair Prezidenti Əbdülmecid Tebbun tərəfindən qəbul olunması və Türkiyənin Oran şəhərindəki Baş Konsulluğunun rəsmi açılışının həyata keçirilməsi planlaşdırılır. Fidan həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) növbəti iclasına hazırlıqla bağlı danışıqlar aparacaq və müqavilə infrastrukturunun genişləndirilməsini müzakirə edəcək.

Qeyd edək ki, Əlcəzair Türkiyənin Afrikadakı ən önəmli ticarət tərəfdaşlarından biridir. Bu ölkədə 1400-ə yaxın türk şirkəti fəaliyyət göstərir, o cümlədən 60-ı podratçıdır. 2024-cü ildə ikitərəfli ticarət həcmi 6,42 milyard dollar təşkil edib. Türkiyə Əlcəzairlə enerji və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyi, strateji tərəfdaşlığı isə daha da gücləndirməyi planlaşdırır.

Məqalədə: #Türkiyə #Qəzza #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Əlcəzair #Afrika #Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSK) #Türkiyə - Əlcəzair əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.