8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Baltik-Qara dəniz əməkdaşlıq formatına daxil olub

29 Aprel 2025 14:21
Türkiyə Baltik-Qara dəniz əməkdaşlıq formatına daxil olub

BAKI, AzerVoice

Türkiyə Üç Dəniz Təşəbbüsünə strateji tərəfdaş kimi qoşulur.

AzerVoice xəbər verir ki, Polşa Prezidenti Anjey Duda Varşavada keçirilən Üç Dəniz Təşəbbüsünün 10-cu sammitində Türkiyə və İspaniyanın təşəbbüsə strateji tərəfdaş kimi qoşulduğunu rəsmən elan edib.

Mərkəzi və Şərqi Avropada enerji, nəqliyyat və rəqəmsallaşma sahələrində infrastrukturun inkişafına yönələn Üç Dəniz Təşəbbüsünün builki sammiti geosiyasi vəziyyət və Ukrayna-Rusiya müharibəsinin davam etdiyi bir zamanda keçirilib. Polşa lideri yeni tərəfdaşların təşəbbüsə töhfə verəcəyinə inandığını bildirib.

Sammitin əsas plenar iclası bu gün Varşavadakı Kral Qalasında keçirilir. Toplantıda 12-si prezident səviyyəsində olmaqla 23 nümayəndə heyəti iştirak edir. Türkiyəni tədbirdə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu təmsil edir. ABŞ, Yaponiya, ərəb ölkələri və Avropa Komissiyası da tədbirdə təmsil olunan strateji tərəfdaşlar sırasındadır.

Qeyd edək ki, Üç Dəniz Təşəbbüsü 2015-ci ildə Polşa və Xorvatiya tərəfindən irəli sürülüb. Əsas məqsəd Baltik, Adriatik və Qara dənizlər arasında yerləşən 12 Aİ üzv ölkəsinin şimal-cənub oxunda inteqrasiyasını gücləndirməkdir. 2023-cü ildə təşəbbüs Yunanıstanı da əhatə etməyə başlayıb.

Təşəbbüs çərçivəsində 143 prioritet infrastruktur layihəsi müəyyən olunub. Bunlar arasında Türkiyənin iştirak etdiyi mühüm layihələrdən biri – Via Carpatia magistral yolu – Litvanın Klaypeda limanından başlayaraq Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstandan keçməklə Saloniki və İstanbuladək uzanır.

Bildirilib ki, Türkiyənin təşəbbüsə daha aktiv cəlb olunması Qara dəniz hövzəsinin müdafiəsinə və regionun iqtisadi inkişafına mühüm töhfə verəcək. Mərkəzi və Şərqi Avropada infrastrukturun yenilənməsi üçün 2030-cu ilədək nəqliyyatda 290 milyard avro, enerjidə 88 milyard avro və telekommunikasiyada 160 milyard avro sərmayəyə ehtiyac olduğu vurğulanıb.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #İspaniya #Polşa #Qara dəniz #Üç Dəniz Təşəbbüsü #Üç Dəniz Təşəbbüsü 2025 sammiti #Varşava sammiti #Qara dəniz inteqrasiyası

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.