5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ASELSAN 2025-ci ilə rekord göstəricilərlə başlayıb

30 Aprel 2025 16:30
ASELSAN 2025-ci ilə rekord göstəricilərlə başlayıb

BAKI, AzerVoice

ASELSAN 2025-ci ilin birinci rübündə rekord maliyyə göstəricilərinə imza atıb

AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Şirkət bu dövrdə gəlirini 9% artıraraq 22,8 milyard TL-yə çatdırıb və ixrac yönümlü fəaliyyətlərini genişləndirməkdə davam edib.

ASELSAN-ın yeni müqavilə portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 46% artaraq 1,5 milyard ABŞ dollarına, ixrac müqavilələri isə 220% artaraq 372 milyon dollara yüksəlib. Sifarişlərin ümumi həcmi 15 milyard ABŞ dolları təşkil edib ki, bu da 35%-lik artıma bərabərdir.

Şirkətin əməliyyat mənfəəti (EBITDA) əvvəlki ilə nisbətən 10% artaraq 5,1 milyard TL olub, bu isə şirkətin əsas fəaliyyətlərindən əldə etdiyi qazancın artdığını göstərir. EBITDA marjası 23% təşkil edib, yəni ümumi gəlirin təxminən dörddə biri xalis əməliyyat mənfəəti kimi qalıb. Net borc/EBITDA nisbətinin 1,07-dən 0,60-a düşməsi isə ASELSAN-ın borc yükünü azaltdığını və maliyyə baxımından daha dayanıqlı vəziyyətə gəldiyini göstərir.

ASELSAN hesabat dövründə Ar-Ge xərclərini 33% artıraraq 250 milyon dollara, investisiya xərclərini isə 70% artırıb. Maliyyə borcu 8%, kommersiya borcu isə 37% azalıb, bu da şirkətin pul axınında əhəmiyyətli yaxşılaşma olduğunu göstərir.

Şirkətin gəlirində Hava Hücumundan Müdafiə Sistemləri, Silah Sistemləri, Radar, Elektron Müharibə, Elektro-Optika, Dəniz Sistemləri və Hərbi Rabitə Sistemlərinin tədarükləri mühüm rol oynayıb.

Qeyd edək ki, ASELSAN-ın baş direktoru Ahmet Akyol bu nəticələri “2024-cü ildə əldə olunan güclü inkişafın davamı” kimi qiymətləndirib. O bildirib ki, şirkət 2024-cü ili BIST-100-də altıncı ən dəyərli şirkət kimi başa vurub və hazırda Borsa İstanbul-un ən dəyərli şirkəti mövqeyindədir.

Akyol ASELSAN-ın texnoloji uğurlarını da vurğulayıb. O, HİSAR O Hava Hücumundan Müdafiə Sistemi, PUHU 3-LT Elektron Dəstək Sistemləri, modernləşdirilmiş ZMA-lar, GÖZDE Rəhbər Kitləri, ANTIDOT 2-U/S Podları, GÖKTAN və GÖKSUR sistemləri kimi məhsulların ilk rübdə istifadəyə verildiyini açıqlayıb.

İlin ilk rübündə imzalanan əsas müqavilələr sırasında beynəlxalq hərbi rabitə, radar, hava hücumundan müdafiə və elektron müharibə sistemləri ilə bağlı ixrac müqavilələri, Müdafiə Sənayesi Rəhbərliyi ilə radar və təhlükəsizlik sistemlərinin satın alınması müqavilələri və TÜRASAŞ ilə dəmir yolu siqnalizasiya layihəsi də yer alır.

Məqalədə: #Türkiyə #ASELSAN #Türkiyə müdafiə sənayesi #ASELSAN 2025 maliyyə nəticələri #ASELSAN ixrac müqavilələri #GÖKTAN və GÖKSUR texnologiyaları #radar və müdafiə sistemləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.