5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan TEKNOFEST və yeni kompleksin açılışı üçün Şimali Kiprdədir

3 May 2025 14:24
Ərdoğan TEKNOFEST və yeni kompleksin açılışı üçün Şimali Kiprdədir

BAKI, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib​ Ərdoğan Şimali Kiprdə Prezident kampusu və TEKNOFEST açılışında iştirak edəcək.

AzerVoice xəbər verir ki,Ərdoğan özəl “TC-TRK” təyyarəsi ilə Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) səfər edib.

Onu Atatürk Hava Limanında vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davud Gül və AK Partiya İstanbul İl sədri Abdullah Özdemir yola salıb.

Ərdoğana bu səfərdə xarici işlər naziri Hakan Fidan, səhiyyə naziri Kamal Memişoğlu, gənclər və idman naziri Osman Aşkın Bak, ticarət naziri Ömər Bolat, AK Partiya sözçüsü Ömər Çelik, Prezident Aparatının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və digər rəsmilər müşayiət edir.

Prezident Ərdoğanın səfər çərçivəsində KKTC Prezidentlik Kompleksinin, Respublika Məclisinin, Baş Nazirliyin və Millət Bağçasının yerləşdiyi kampusun açılışını etməsi və TEKNOFEST KKTC mükafat mərasimində iştirak etməsi planlaşdırılır. Ərdoğanın KKTC prezidenti Ersin Tatarla da görüşü gözlənilir. Görüş zamanı ikitərəfli münasibətlər və Kipr problemi də daxil olmaqla beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 2022-ci ildə təməli qoyulan KKTC Prezidentlik Kompleksinin inşası artıq tamamlanıb. 639 min kvadratmetrdən çox ərazini əhatə edən kampusda iclas zalları, konfrans salonu, kitabxana, yeməkxana və geniş ictimai məkanlar yer alır. Kompleks daxilində Milli Bağda məscid, futbol meydançası, tennis kortu və skeytbord treki də mövcuddur. Yeni kampusun açılışından sonra Prezidentlik və Respublika Məclisinin buraya köçürülməsi, mövcud tarixi binanın isə muzeyə çevrilməsi nəzərdə tutulur.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Cevdet Yılmaz #Hakan Fidan #KKTC #Fahrettin Altun #Kemal Memişoğlu #TEKNOFEST Şimali Kipr 2025

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.