6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ankara Baykar vasitəsilə Avropa müdafiə sənayesinə daxil olur

9 May 2025 19:27
Ankara Baykar vasitəsilə Avropa müdafiə sənayesinə daxil olur

BAKI, AzerVoice

Yunanıstanın nüfuzlu nəşrlərindən olan Ta Nea qəzetində dərc olunan məqalədə, Yunan hökumətinin Türkiyəyə qarşı uzunmüddətli strategiyasının uğursuz olduğu etiraf edilib. Qəzetdə yer alan analizdə bildirilir ki, Afina, Türkiyənin regional gücə çevrilməsinin qarşısını almaqda aciz qalıb.

AzerVoice xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyinin keçmiş məsləhət şurasının üzvü, professor Panayotis İoakeimidis tərəfindən yazılan məqalədə 1973-cü ildən bu günə qədər Türk-Yunan münasibətləri təhlil edilib. Məqalə “Yunanıstanın uzunmüddətli strategiyası uğursuz oldu” başlığı ilə təqdim olunub.

İoakeimidis məqaləsində bildirib: “Strategiyamızın əsas məqsədi Türkiyənin regional super güc olmasının qarşısını almaq idi. Lakin bu sahədə uğursuzluğa düçar olduq. Türkiyə bu gün artıq dünyanın əksər ölkələri tərəfindən güclü regional aktor kimi qəbul olunur.”

Yarım əsrlik münasibətlərin analizində müəllif 1973-cü ildə iki ölkə arasında əsas problemin “şelf bölgüsü” olduğunu xatırladıb. Hazırda isə 12 mövzuda ciddi fikir ayrılıqlarının mövcud olduğunu vurğulayıb.

Professor həmçinin Yunanıstanda silahlanmanın artmasının mövcud problemlərə həll gətirməyəcəyini bildirib və Atinanın reallığa əsaslanan yeni bir strategiya hazırlamasının vacibliyini qeyd edib: “Yunanıstanla Türkiyə arasında yaxın əməkdaşlıq və tərəfdaşlıq varoluşsal zərurətdir.”

Digər tərəfdən, Yunanistanın SLPRESS xəbər saytı isə Türkiyənin Baykar şirkətinin İtaliyanın aviasiya nəhəngi Piaggio Aerospace ilə əməkdaşlığına diqqət çəkib. Sayt bu əməkdaşlığın Ankara üçün Avropa müdafiə sənayesinə “faktiki giriş” təmin etdiyini və Baykarın qlobal bazarda artan nüfuzunun Türkiyənin strateji təsir gücünü artırdığını bildirib.

Məqalədə: #Türkiyə #Yunanıstan #Baykar #mətbuat #Baykar İtaliya aviasiya şirkəti #Baykar Avropa bazarına çıxış

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.