5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bütünləşdirici bir Avropa Birliyi hər kəsin mənafeyinə uyğundur - Ərdoğan

9 May 2025 20:25
Bütünləşdirici bir Avropa Birliyi hər kəsin mənafeyinə uyğundur - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 May Avropa Günü münasibətilə verdiyi mesajda Avropa xalqlarını, xüsusilə də öz vətəndaşlarını təbrik edib. O, Avropa Günü münasibətilə yayımladığı açıqlamada 1950-ci il Şuman Bəyannaməsi ilə başlayan Avropanın siyasi və iqtisadi inteqrasiya prosesinin bu günün simvolu olduğunu vurğulayıb.

AzerVoice xəbər verir ki, Prezident Ərdoğan bildirib ki, Avropa inteqrasiyasının təcəssümü olan Avropa Birliyi, son illərdə çoxşaxəli qlobal və regional çağırışlarla üz-üzə qalıb: “Avropa təhlükəsizlik memarlığının gələcəyi müzakirə olunur. Qəzzada 19 aydır davam edən qətliamlar qarşısında səssiz qalınması, İsrailin hücumlarını dayandıracaq effektiv siyasət formalaşdırıla bilməməsi Birlik dəyərlərinin sorğulanmasına səbəb olur.”

Ərdoğan qeyd edib ki, Avropa Birliyinin bu gün də quruluş illərindəki kimi uzaqgörən və cəsur baxış bucağına ehtiyacı var: “Bu çətin dönəmdə fərdi üzvlərin maraqlarına tabe olmayan, qitənin ümumi maraqlarına fokuslanan, əhatəli və bütünləşdirici bir Avropa Birliyi hər kəsin mənafeyinə uyğundur.”

Türkiyənin Avropa Birliyinə namizəd bir ölkə olaraq böhran və münaqişələrdə göstərdiyi insani, sülhsevər və konstruktiv siyasətlə, ortaya qoyduğu ədalətli həll yolları ilə Birliyin sabitliyi üçün zəmanət rolu oynadığını deyən Ərdoğan, mesajını bu sözlərlə tamamlayıb:

“Son dövrlərdə transatlantik və qlobal proseslərin ənənəvi siyasətləri yenidən gözdən keçirməyə məcbur etdiyi bir vaxtda, Türkiyə-Avropa Birliyi münasibətlərinin əhəmiyyəti bir daha ortaya çıxmışdır. Bəzi qurum və şəxslərin ölkəmizə qarşı qeyri-obyektiv mövqelərinə baxmayaraq, Birliyin qarşıdakı dövrdə qarşılıqlı fayda əsasında, uzunmüddətli və strateji baxışla hərəkət edəcəyinə inanıram. Bu münasibətlə, öz vətəndaşlarım başda olmaqla, bütün Avropa xalqlarının Avropa Gününü təbrik edirəm.”

Məqalədə: #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Avropa #Qəzza zolağı #Avropa Birliyi #Qəzza müharibəsi

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.