5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədən 30 milyard dollarlıq qaz kəşfi

17 May 2025 16:24
Türkiyədən 30 milyard dollarlıq qaz kəşfi

BAKI, AzerVoice

Türkiyədən enerji sahəsində mühüm addım- 75 milyard kubmetr həcmində təbii qaz kəşf edilib.

AzerVoice xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Göbektəpə-3 quyusunda 75 milyard kubmetr həcmində yeni təbii qaz ehtiyatının aşkar edildiyini bildirib.

Nazir bu kəşfin Türkiyənin enerji sahəsində tam müstəqillik hədəfinə doğru mühüm bir addım olduğunu qeyd edib.

Bayraktar çıxışında bildirib ki, yeni qaz yatağının iqtisadi dəyəri təxminən 30 milyard dollar civarındadır. Onun sözlərinə görə, bu həcmdə qaz ölkənin ev təsərrüfatlarının təbii qaz tələbatını təxminən 3,5 il müddətinə qarşılayacaq potensiala malikdir.

Nazir Bayraktar yeni kəşfin Türkiyənin enerji sektorunda strateji transformasiya siyasətinin bir parçası olduğunu vurğulayıb. “Artıq dağlarımızda 81 min barel neft hasil edən bir Türkiyə var. Enerjidə xarici asılılığa son qoymaq üçün yeni kəşflər davam edir”, – deyə o qeyd edib.

O, həmçinin bölgədə terrorun aradan qaldırılması ilə yanaşı, iqtisadi fəaliyyətlərin də artdığını bildirib. “Kabar bölgəsi bu gün 2 milyard TL-lik iqtisadi dəyər yaradır”- deyə o qeyd edib.

Nazir Bartın vilayətində bu il təbii qazla təmin olunmamış iki bölgəyə qazın çatdırılacağını da açıqlayıb. “Kəndlərin də təbii qaza ehtiyacı var. Əhalinin rifahı və kəndlərdə yaşamağın davamlılığı bizim üçün prioritetdir. Hörmətli Prezidentimiz 2022-ci ildə bu istiqamətdə açıq və qətiyyətli mövqe ortaya qoymuşdu: ‘Bütün evlərə təbii qaz göndərəcəyik’”, – deyə Bayraktar bildirib.

Nazir həmçinin yüksək keyfiyyətli kömür hasilatı və mineral ehtiyatların dəyərləndirilməsi istiqamətində işlərin davam etdiyini, lakin bu prosesdə işçi təhlükəsizliyinin hər zaman ön planda olduğunu vurğulayıb.

Bayraktar enerji sahəsində görülən işlərin arxasında geniş və əzmkar bir kollektivin dayandığını qeyd edib. “Bu uğurlar sadəcə bir nazirin fəaliyyəti ilə deyil, yüz minlərlə insanın əmək və əzmi ilə reallaşır. Keçən il 2 min yeni mədənçi bizə qoşuldu. Bu il də yeni işə qəbullar gözlənilir”- deyə o bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Göbektəpə-3 quyusu ilə bağlı xoş xəbəri ictimaiyyətlə bölüşüb. “Yeni qaz yatağında 75 milyard kubmetr həcmində ehtiyat aşkarlanıb. Bu ehtiyat təkcə ev təsərrüfatlarının ehtiyaclarını 3,5 il qarşılaya bilər”, – deyə Prezident bildirib və onun iqtisadi dəyərinin 30 milyard dollar olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə #neft #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Qabar #neft-qaz #enerji istehlakı #Türkiyə enerji diplomatiyası

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp
Digər Dövlətlər

Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

3 Sentyabr 20:06

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.