6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Papa XIV Leo Türkiyəyə səfərə hazırlaşır

19 May 2025 16:46
Papa XIV Leo Türkiyəyə səfərə hazırlaşır

BAKI, AzerVoice

Yeni seçilmiş Papa XIV Leo, Türkiyəyə rəsmi səfər üçün dəvəti qəbul edib.

AzerVoice xəbər verir ki, səfərin noyabr ayının sonunda xristian ortodoks dünyası üçün əhəmiyyətli olan Aziz Andreas Yortusuna təsadüf edən tarixlərdə baş tutması planlaşdırılır.

Səfər, həmçinin xristian dünyası üçün böyük tarixi əhəmiyyətə malik Birinci İznik Konsilinin 1700-cü ildönümünə təsadüf edir. Həmin konsil eramızın 325-ci ilində keçirilib və müasir xristian etiqadının əsasını qoyub.

Papa XIV Leo, 8 may tarixində kardinal seçkilərindən sonra Katolik Kilsəsinin ruhani lideri və Vatikan dövlətinin başçısı olaraq vəzifəyə başlamışdı. O, bazar günü keçirilən rəsmi mərasimdə Fənər Rum Patriarxı I Bartholomeos və patriarx heyəti ilə bir araya gəlib. Bartholomeos bu görüşdə Papa Leo-ya Türkiyəyə səfərlə bağlı rəsmi dəvəti təqdim edib.

Vatikan bu tarixi nəzərdən keçirsə də, səfərin noyabr ayından daha erkən baş verməsi də mümkündür. Ziyarətin “dövlət səfəri” statusunda həyata keçirilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Papa XIV Leo-ya rəsmi dəvət məktubu göndərməsi tələb olunur.

Planlaşdırmaya əsasən, Papa XIV Leo ilk olaraq Ankarada Prezident Ərdoğanla görüşəcək, ardından isə İstanbul və İznikə səfər edəcək. İznik, həmçinin Papa Francesco-nun da səfər etməyi arzuladığı məkan olub. Məlumata görə, Papa Francesco 2025-ci ildə qeyd olunacaq İznik Konsili yubileyinə qatılmağı çox istəsə də, səhhətindəki problemlərə görə bu mümkün olmayıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İtaliya #Roma papası #Papa XIV Leo

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.