6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Diyanət Vəqfi Qəzzaya 60 min nəfərlik qurban yardımı edəcək

7 İyun 2025 10:40
Diyanət Vəqfi Qəzzaya 60 min nəfərlik qurban yardımı edəcək

BAKI, AzerVoice

Qəzza üçün Türkiyə Diyanət Vəqfi (TDV) tərəfindən 60 min nəfərlik qurban ianə ediləcək.

AzerVoice xəbər verir ki, Türkiyə Diyanət Vəqfi (TDV) bu il Qurban bayramı münasibətilə Qəzza xalqına dəstək məqsədilə Misir və Livanda ümumilikdə 7450 qurbanlıq heyvan kəsəcək.

Bu qurbanların ümumilikdə 60 min nəfərə çatacağı bildirilir.

TDV Xeyriyyə Xidmətləri Direktorunun müavini Mahmud Temelli bildirib ki, heyət artıq Misirdə fəaliyyətə başlayıb. “30 nəfərlik heyətlə Türkiyədən Misirə gəldik. Komandalarımız 4 bölgəyə göndərilib və yerli tərəfdaşlarla əməkdaşlıq edirik. Heyvanları alaraq kəsim məntəqələrinə çatdırırıq”- deyə o bildirib.

Kəsimdən sonra ətin Qəzzaya daşınma prosesi barədə məlumat verən Temelli əlavə edib ki, soyuq zəncir sistemi ilə işləyən yük maşınları ətləri soyuducu anbara daşıyır. Sərhəd qapısı açıldıqdan sonra ət tədricən Qəzza xalqına çatdırılacaq. Hər hansı gecikmə və ya xarab olma riskinə qarşı isə qurban ətlərinin konservləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən il TDV tərəfindən 5200 qurbanlıq heyvan ehtiyacı olan fələstinlilərə çatdırılıb.

Digər tərəfdən, Prezident Rəcəb Tayyib Ərdoğanın TDV-yə bağışladığı iki qurbanlıq qoç Konyada yerləşən ət kombinatında dualarla kəsilib. TDV Satınalma Mütəxəssisi Köməkçisi Mustafa Eşer bildirib ki, “Prezidentimiz də daxil olmaqla vətəndaşlarımızın etibarnamə ilə verdiyi qurbanlar şəffaf şəkildə və xüsusi nəzarətlə kəsilir”.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Misir #Livan #humanitar yardım #Qurban Bayramı #Fələstin humanitar yardımı #Türkiyə Diyanət Vəqfi (TDV)

Mövzu üzrə digər xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

11:40
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.