4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrail vəhşiliyi qlobal təhlükəsizliyi riskə atan bir qarışdırıcıya çevrilib - Altun

9 İyun 2025 14:34
İsrail vəhşiliyi qlobal təhlükəsizliyi riskə atan bir qarışdırıcıya çevrilib - Altun

BAKI, AzerVoice

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan və içərisində 12 insan hüquqları müdafiəçisinin olduğu “Madleen” gəmisinə edilən hücumla bağlı İsrailə sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Altun sosial media hesabında etdiyi paylaşımda bildirib ki, bu hücum təkcə Fələstinin deyil, bütün bəşəriyyətin problemidir.

Altunun paylaşımında aşağıdakı ifadələr yer alıb:

“İsrailin Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan mülki ‘Madleen’ gəmisinə qarşı hücumu, beynəlxalq hüququn və insan hüquqlarının açıq-aşkar pozulmasıdır. Bu alçaq hücumu ən sərt şəkildə qınayırıq.

Sionist İsrail rəhbərliyi, ən əsas humanitar yardımların belə Qəzzaya çatmasına dözümsüz yanaşdığını bir daha göstərmişdir. Qəzzada aylardır davam edən sistematik dağıntılar və qətliamlar, heç bir əxlaqi və hüquqi ölçü tanımayan bir terror dövlətinin məhsuludur. Qadınların, uşaqların və yaşlıların hədəf alındığı bu düşüncəsiz hücumlar artıq təkcə Fələstinin deyil, bütün insanlığın problemidir.

İsrail rəhbərliyi 20 aydan artıqdır ki, həyata keçirdiyi vəhşiliklə regional sülhü təhdid edən, qlobal təhlükəsizliyi riskə atan bir ‘qarışdırıcıya’ çevrilmişdir. Bu reallığı görməməzliyə vuran, susan və ya reaksiya verməyən hər bir mövqe bu cinayətdə şərik olmaq deməkdir.

Türkiyə olaraq bu vəhşiliyin dayandırılması, Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılması və bölgədə ədalətli sülhün bərqərar olunması üçün çağırışımızı bir daha təkrar edirik. Beynəlxalq ictimaiyyəti və bütün bəşəriyyəti bu fəryada səs verməyə və konkret addımlar atmağa dəvət edirik.”

Qeyd edək ki, İsrail hərbçiləri, Qəzzaya yardım göndərmək məqsədilə yola çıxan "Madleen" adlı gəmini ələ keçirib və gəmidəki 12 fəalı, o cümlədən Qreta Tanberqi həbs edərək gəmini Aşdod limanına gətirib.

İsrailin qanunsuz blokadasına qarşı açıq etiraz olaraq Fələstin tərəfdarı Azadlıq Donanması Koalisiyası (FFC) tərəfindən təşkil edilib.

Azadlıq Donanması Koalisiyası, Telegram üzərindən "SOS! Madleen gəmisindəki könüllülər İsrail qüvvələri tərəfindən oğurlanıb" mesajını yayımlayaraq, gəminin ələ keçirildikdən sonra əlaqənin kəsildiyini bildirdi.

Canlı yayımlanan görüntülərdə, İsrail gəmilərinin "Madleen" gəmisini əhatə etdiyi və fəallara əllərini havaya qaldırmağı əmr etdiyi görünür. Gəmi, Qəzzaya humanitar yardım göndərməyi və oradakı böhrana diqqət çəkməyi hədəfləyirdi.

Həmçinin, HƏMAS hərəkatı, beynəlxalq ictimaiyyəti İsrailin yardım gəmisinə qarşı amansız hücumunu pisləməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstindəki insan hüquqları üzrə xüsusi müşavirəsi Francesca Albanese, gəminin işğalçı qüvvələr tərəfindən ələ keçirilməsindən sonra, Britaniya hökumətinə dərhal tədbir görməyi və gəmini və sərnişinlərini azad etməyə çalışmasını tövsiyə edib.

Albanese, Azadlıq Donanması Koalisiyasının əməliyyatını dəstəkləyərək, digər gəmilərə Qəzza blokadasına qarşı mübarizə aparmalarını çağırıb.

Məqalədə: #Türkiyə #Qəzza zolağı #humanitar yardım #Fahrettin Altun #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza müharibəsi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #Madleen gəmisi yardım missiyası

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.