6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrail-İran toqquşması regionun təhlükəsizliyini riskə atır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı İsrail ilə İran arasındakı gərginlik, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

17 İyun 2025 14:03
İsrail-İran toqquşması regionun təhlükəsizliyini riskə atır - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı İsrail ilə İran arasındakı gərginlik, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident Ərdoğan bölgədə artmaqda olan zorakılıq və qarşıdurmalar fonunda diplomatik təşəbbüslərini davam etdirir.

Görüşdə Prezident Ərdoğan bildirib ki, İsrailin İrana qarşı hücumları ilə başlayan zorakılıq dalğası bütövlükdə regionun təhlükəsizliyini təhdid edir və bölgə artıq yeni bir müharibəni qaldıra bilməz. O, diplomatik səylərin gücləndirilməsi və münaqişələrin siyasi yollarla həlli üçün çalışdıqlarını vurğulayıb.

Prezident Ərdoğan, həmçinin, İranla nüvə məsələsində yaranan gərginliyin danışıqlar masasına qayıdılaraq həll olunmasının vacibliyini qeyd edib. O əlavə edib ki, mövcud vəziyyət Qəzza zolağında baş verən humanitar fəlakəti kölgədə qoymamalıdır və əks halda İordan çayının qərb sahili və Şərqi Qüds də işğal təhlükəsi ilə üz-üzə qala bilər.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın nüvə obyektləri və hərbi rəhbərliyini hədəf alan genişmiqyaslı hücuma başlayıb. Həmin hücum nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, yüksək rütbəli hərbçilər və 9 nüvə alimi həlak olub. Mülki itkilərin ümumi sayı 224 nəfər olaraq açıqlanıb.

İran bu hücuma cavab olaraq İsrailə ballistik raketlər atıb. Bu qarşı hücumlar nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yanaralandığı bildirilib.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #BƏƏ #Qəzza zolağı #Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Trampın Qəzza planı #Misirin Qəzza siyasəti #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İsrail İran hücumu #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?

13:00
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

11:40
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.