9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Trampla ABŞ və İran nümayəndələri arasında görüşü təşkil etməyə çalışıb - İDDİA

21 İyun 2025 23:00
Ərdoğan Trampla ABŞ və İran nümayəndələri arasında görüşü təşkil etməyə çalışıb - İDDİA

BAKI, AzerVoice

ABŞ-ın Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə İstanbulda ABŞ və İran nümayəndələri arasında gizli diplomatik görüş təşkil etmək üçün bir-biri ilə əlaqə saxlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ərdoğan ötən həftə keçirilən G7 sammiti zamanı Trampla telefon əlaqəsi saxlayaraq, ertəsi gün İstanbulda tərəflər arasında bir görüş təşkil olunmasını təklif edib. Tramp bu təklifə müsbət yanaşaraq, əgər razılaşma şansı yaranarsa, vitse-prezident Cey Di Vensi və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffu Türkiyəyə göndərə biləcəyini bildirib. O hətta özü də İran Prezidenti Məsud Pezeşkiyan ilə birbaşa görüşməyə hazır olduğunu qeyd edib.

Prezident Ərdoğan və Türkiyənin Xarici işlər naziri Hakan Fidan bu təşəbbüsü Pezeşkiyan və xarici işlər naziri Seyid Abbas Arakçiyə çatdırıblar. Lakin mənbələrə əsasən, İranlılar Xameneinin razılığını almağa çalışsalar da, sui-qəsd təhlükəsi səbəbindən gizlənən Hamaneyi ilə əlaqə qurmaq mümkün olmayıb. Nəticədə iranlılar Türkiyə rəsmilərinə Xameneinin razılığının alınmadığını bildiriblər və danışıqlar təşəbbüsü rəsmi olaraq ləğv edilib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İran #ABŞ #Donald Tramp #Ayətulla Seyid Əli Xamenei #Məsud Pezeşkian #danışıqlar

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.