5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Süni intellekt Türkiyənin iqtisadi və texnoloji hədəflərinin mərkəzindədir

Türkiyə süni intellekt sahəsində strateji hədəflərlə irəliləyir- Gələcəyin texnologiyası gündəlik həyata inteqrasiya olunur.

29 İyun 2025 15:00
Süni intellekt Türkiyənin iqtisadi və texnoloji hədəflərinin mərkəzindədir

BAKI, AzerVoice

Türkiyə süni intellekt sahəsində strateji hədəflərlə irəliləyir- Gələcəyin texnologiyası gündəlik həyata inteqrasiya olunur.

AzerVoice xəbər verir ki, Türkiyə “Milli Süni İntellekt Strategiyası 2021–2025” çərçivəsində texnologiyanın ən sürətlə inkişaf edən sahələrindən biri olan süni intellekt üzrə hədəflərini genişləndirib. Bu sahədə həm dövlət, həm də özəl sektor səviyyəsində tətbiqlərin artırılması məqsədilə 2024–2025-ci illəri əhatə edən yeni fəaliyyət planı da hazırlanıb.

Strategiyanın əsas məqsədləri arasında bu sahədə ixtisaslı kadrların hazırlanması, tədqiqat və innovasiya mühitinin gücləndirilməsi, texniki infrastrukturun genişləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və iqtisadi strukturun transformasiyası yer alır.

Süni intellekt artıq səhiyyə, təhsil, kənd təsərrüfatı, hüquq, idman və maliyyə kimi sahələrdə konkret tətbiqlərlə gündəlik həyata daxil edilir. Xəstəliklərin diaqnozu, vergidən yayınmanın qarşısı, sosial yardımların düzgün yönləndirilməsi, məktəbi tərk etmə riski olan şagirdlərin müəyyənləşdirilməsi kimi mövzularda süni intellektdən geniş istifadə nəzərdə tutulur.

Qeyd edək ki, bu istiqamətdə yerli və milli “Türk Böyük Dil Modeli”nin hazırlanması da prioritetlər sırasındadır. Digər tərəfdən, “Milli Məhkəmə Şəbəkəsi Layihəsi” çərçivəsində hüquqi sənədlərin təhlili və təsnifatı üçün süni intellekt alqoritmləri tətbiq olunur.

TÜBİTAK Süni İntellekt İnstitutunun rəhbərliyi ilə davam edən “Ekosistem Çağırışı” çərçivəsində 2025-ci il üçün prioritet sahələr aşağıdakılardır: ağıllı istehsal sistemləri, ağıllı kənd təsərrüfatı və heyvandarlıq, maliyyə texnologiyaları, iqlim dəyişikliyi və ağıllı təhsil texnologiyaları.

Qeyd edək ki, 2025-ci ildən etibarən Türkiyədə 70-dən çox süni intellekt əsaslı proqram üzrə tədris həyata keçiriləcək. Hal-hazırda bu sahədə fəaliyyət göstərən 20 universitetin sayı da artırılacaq.

Türkiyə, 2026-cı ildən sonrakı dövr üçün də süni intellekt strategiyasını yeniləməyi planlaşdırır. Sənaye və Texnologiya Nazirliyi və TÜBİTAK tərəfindən aparılan təhlillər nəticəsində yeni məqsəd və tədbirlər müəyyən ediləcək.

2030-cu ilə qədər süni intellekt texnologiyası bazarının 1,85 milyard dollar həcmə çatacağı proqnozlaşdırılır və bu inkişafın 300 milyon tam zamanlı iş yerinə təsir edəcəyi gözlənilir.

Məqalədə: #Türkiyə #Süni intellekt #TÜBİTAK #Süni intellekt və təhlükəsizlik #Süni intellekt və axır zaman #süni intellekt və əmək bazarı

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb
ArabCars

Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb

4 Sentyabr 12:47

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.